Boşanan müğənnimizə  EVLİLİK TƏKLİFİ  - Bu dəfə HƏMCİNSİNDƏN...  - VİDEO
23 iyun 2021 14:36 (UTC +04:00)

Boşanan müğənnimizə EVLİLİK TƏKLİFİ - Bu dəfə HƏMCİNSİNDƏN... - VİDEO

“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovaya evlilik təklifi ediblər.

İfaçı bu barədə “Lent.az-ın idman layihəsi”ndə danışıb. 2018-ci ildə boşanan Dilarə bildirib ki, subay bir bəydən evlilik təklifi alıb. 

“Hələki şəxsi həyatımda yenilik yoxdur. Yəqin ki, istədiyim insanla qarşılaşmaq qismət deyil. Fərqli insanlardan sevgi təklifləri alıram. Mənlə ailə qurmaq istəyənlər var. Hətta 2-3 dəfə təklif ediblər. Boşanandan sonra yenidən ailə qurmağa hazır deyiləm. Bir ay bundan öncə subay bir oğlan mənə evlilik təklifi etdi. "Yox" cavabı verdim. Çünki o insana sevgi hissim yox idi. Mənlə ailə quracaq insanın pulu olsa, yaxşı olar. Amma mənə əsas sevgidir. Kasıb oğlanı da sevə bilərəm. 

“Sosial şəbəkədə mənə sevgi təklifləri çox olur. Hər kəsə cavab yaza bilmirəm. Amma insanların 40-50 faizinəözüm cavab yazıram. Mənə tək bəylər yox, qadınlar da sevgi təklifi edirlər. Bu həyatdır, yazırlar, şam yeməyinə dəvət edirlər. Amma getmədim. Bu gözəl hisdir, fərqli-fərqli insanlar sənin mahnını dinləyir və sevir. Bu da çox maraqlıdır”. 

Qeyd edək ki, D.Kazımova Türkiyə vətəndaşı Mərd Aslanla evli idi. Cütlük 2016-cı ildə ayrılıb. Lakin rəsmi boşanma 2018-ci ildə olub. 
 

“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovaya evlilik təklifi ediblər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14877
avatar

Yalçın UĞUR

Oxşar yazılar