Sənətçi reytinqdə daha bir pop ulduz Teylor Svifti geridə qoymağı bacarıb.
Lent.az-ın xəbərinə görə, Billboard 21-ci əsrin ən görkəmli 25 pop ulduzunu elan edərək, son 25 ilin yekunlarını çıxarıb. Reytinqin lideri pop mədəniyyətinə misilsiz töhfəsinə, musiqi üslubunun təkamülünə və sənayeyə təsirinə görə Beyons olub. Teylor Sviftin albom satışları və yayımında statistik üstünlüyünə baxmayaraq, dominantlığı və innovasiyaları sayəsində ən yaxşı müğənni kimi tanınan Beyonsdur.
Beyonc zirvə səyahətinə Destiny's Child qrupunun üzvü kimi başlayıb.
O hazırda Hollivudun ən nüfuzlu musiqiçisi sayılır və deyilənə görə ulduz müğənnilər üzərində güclü təsirə malikdir.