Azərbaycanlı prodüserə qarşı DƏLƏDUZLUQ
18 mart 2022 19:26 (UTC +04:00)

Azərbaycanlı prodüserə qarşı DƏLƏDUZLUQ

Uzun müddətdir Amerikada yaşayan prodüser Pərviz Əsgərovun başına iş gəlib.

Lent.az-ın məlumatına görə, prodüser sosial şəbəkədəki səhifəsində bildirib ki, tanımadığı bir şəxs onun adından istifadə edərək Azərbaycanda dostlarından pul istəyib:

"Bir dostum 70, digəri 50 manat pul göndərib. Amerika nömrəsi ilə dostlarıma yazır. Onlar arasında bir çox tanınmış da var. Axırda bir dostum mənə yazıb soruşanda xəbər tutdum. Amerikada polisə müraciət etmişəm. Amma həmin şəxs Azərbaycandadır. Daxili İşlər Nazirliyinə bunla bağlı müraciət edəcəm. Dostlarım bu cür mesaja aldanmasın, mən heç kimdən pul istəmirəm".

Qeyd edək ki, Pərviz uzun illər müğənni Sevda Yahyayevanın prodüseri olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3249
avatar

Oxşar yazılar