Aktrisanın çıxışını onlar da tənqid etdi - QALMAQAL
06 dekabr 2022 12:49 (UTC +04:00)

Aktrisanın çıxışını onlar da tənqid etdi - QALMAQAL

Ötən həftə Türkiyədə keçirilən 48-ci “Pantene Altın Kelebek” mükafatlandırma mərasimi bitdi, ancaq söz-söhbət bitmədi. Mükafat alan və almayan məşhur simaların çıxışları, geyimləri, hətta qatılmayanlar da sosial şəbəkənin müzakirə etdiyi mövzular arasındadır. “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülən Pınar Deniz də linç olunanlardan biridir.

Lent.az xəbər verir ki, Pınarın mərasimdəki çıxışı “Twitter”də lağ yerinə çevrilib desək, yanılmarıq:

 “Uşaqlıqda duyğulardan çox qorxardım. Çünki büruzə verə bildiyim tək duyğu qəzəb idi. Hər halda başqa bir duyğu ilə tanış olmadığım üçün belə idi. Sonra bir film izlədim. İzlədiyim filmdə pula görə uşaqları öldürürdülər və bundan çox təsirləndim, səhərə kimi ağladım. Bir gün dostlarıma dedim ki, bu dünyanı xilas etmək istəyirəm, insanlara kömək etməli və onlara toxunmalıyam. Tam olaraq bu duyğular məni aktrisa etdi”.

Bu fikirlərə sosial şəbəkə istifadəçilərindən birinin “Bu videodan sonra qadını “Google”da bir axtarışa verdim. Söz açdığı film “Qanlı almaz” imiş. Uşaqların almaz üçün həyatlarını itirmələrini görüb filmdə. Yaxşı, bəs Pınar Deniz məşhur olanda nə edib, bilirsiniz? Bir mücəvhər markasının üzü olaraq “Kann” film festivalına qatılıb”, - deyə, paylaşımını aktrisa Burcu Özberk bəyənib.

Daha sonra aktrisa Farah Zeynep Abdullahın Pınarla bağlı başqa bir tənqidi paylaşımı bəyənməsi də diqqətdən yayınmayıb. Bundan əlavə, müğənni Haluk Levent sosial şəbəkələrdə tənqid olunan aktrisanı müdafiə edərək, onun çıxışına dəstəkverici tvit paylaşıb.

Qeyd edək ki, Pınar Deniz “Aşk 101” serialında müəllimə, “Yargı” serialında “Ceylin” obrazlarını canlandırıb.

# 4659
avatar

Nigar Namiq

Oxşar yazılar

Azərbaycanlı məşhurlardan kimlər Türkiyəyə yardım ETDİ?  - SİYAHI

Azərbaycanlı məşhurlardan kimlər Türkiyəyə yardım ETDİ? - SİYAHI

8 fevral 2023 , 18:03
"Bu fəlakətin sahibləri cəzalarını alsınlar" - AKTRİSADAN REAKSİYA

"Bu fəlakətin sahibləri cəzalarını alsınlar" - AKTRİSADAN REAKSİYA

8 fevral 2023 , 17:15
Türkiyəli məşhurlar zəlzələdən zərərçəkənlərə NƏLƏR ETDİLƏR?  - SİYAHI

Türkiyəli məşhurlar zəlzələdən zərərçəkənlərə NƏLƏR ETDİLƏR? - SİYAHI

8 fevral 2023 , 13:23
Müğənni Karsu dağıntılar altında qalan yaxınları üçün AĞLADI  - VİDEO

Müğənni Karsu dağıntılar altında qalan yaxınları üçün AĞLADI - VİDEO

8 fevral 2023 , 10:51
Tanınmış aktrisanın ana acısı

Tanınmış aktrisanın ana acısı

8 fevral 2023 , 10:14
Məşhur modeldən  QAYNAR POZALAR   - FOTO

Məşhur modeldən QAYNAR POZALAR - FOTO

7 fevral 2023 , 19:23
Məşhur aktyorun da yaxınları UÇQUN ALTINDA  qalıb

Məşhur aktyorun da yaxınları UÇQUN ALTINDA qalıb

7 fevral 2023 , 15:51
Tanınmış aparıcıya AĞIR İTKİ:  "Kədərimiz sonsuzdur"

Tanınmış aparıcıya AĞIR İTKİ: "Kədərimiz sonsuzdur"

7 fevral 2023 , 15:16