Avqustun 21-də paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs gecə saatlarında Binə qəsəbə sakininin evinin pəncərəsini qıraraq içəri daxil olub və 7000 manat oğurlayıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.