“Vankvuer Uaytkeps” əfsanəvi Tomas Müllerin 25 illik Münhen"Bavariya"sında çıxışından sonra növbəti klubu olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, artıq Kanada klubunda debüt edib, "Hyuston Dinamo" ilə 1:1 hesablı heç-heçə ilə başa çatan oyunun 61-ci dəqiqəsində meydana daxil olub. Müller hətta debüt oyununda fərqlənərək, cərimə meydançasının kənarından qol vursa da, oyundankənar vəziyyət səbəbindən qol qəbul edilməyib.
26 oyundan sonra Vankuver Qərb konfransında lider “San – Dieqo”dan 6 xal geri qalaraq üçüncü yerdədir. Bu yaxınlarda MLS-ə verdiyi müsahibədə Müller karyerasının bəzi anlarına nəzər salıb və məşhur suala cavab verib: Messi, yoxsa Ronaldo?
-Komandanıza Messini dayandırmağa nə kömək etdi? – aparıcı Tomasdan soruşub.
- “Barselona”dan bir neçə böyük və ağrılı məğlubiyyətimiz olub. Məsələn, 2015-ci ildə Çempionlar Liqasının qalibi olanda. Amma açığını deyim ki, Messi futbol tarixinin ən yaxşı oyunçusudur. Biz həmişə mübahisə edirik: Kriştiano, yoxsa Messi.
Hər ikisi inanılmazdır, lakin Lionel daha zərifdir. Karyeramın ilk 10 ilində həmişə Ronaldoya cavab verirdim, amma yetkinləşdikcə bir az daha romantik oldum və təkcə performansa və ya məşqə yanaşmaya deyil, üsluba daha çox fikir verirəm. Messi 2022 Dünya Kubokunu qazandıqdan sonra onu seçirəm.