DƏHŞƏT : Sevgilisindən ayrılan gənc qız bilərəkdən paraşütünü açmadı
22 avqust 2025 21:07 (UTC +04:00)

DƏHŞƏT: Sevgilisindən ayrılan gənc qız bilərəkdən paraşütünü açmadı

Təcrübəli paraşütçü Jade Damarell İngiltərədə 4600 metr hündürlükdən tullandıqdan sonra paraşütünü açmayaraq intihar edib.

Lent.az xəbər verir ki, istintaq onun ölümünü intihar kimi qiymətləndirib.

Aparılan araşdırmalardan sonra Damarellin qəsdən özünü öldürdüyü açıqlanıb. Bildirilib ki, Damarell ölümündən bir gecə əvvəl partnyoru ilə münasibətini bitirib.

Onun paraşütü və avadanlıqları işlək vəziyyətdə olub.

Uelsin Kerfilli şəhərindən olan Damarell, ölümündən bir gün əvvəl 500-dən çox sıçrayış etmiş və altı dəfə paraşütlə tullamışdı.

İstintaq onun paraşütünü qəsdən açmadığını, həmçinin avtomatik açılma mexanizmini də sıradan çıxardığını müəyyən edib.

Damarell ölümündən sonra istifadə olunmaq üçün telefonunun kilid ekranında təlimatlar qoyub. Onun telefonunda ailəsinə ünvanlanmış qeydlərdə üzrxahlıq, təşəkkür və maliyyə məlumatları yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar