Prokuror rüşvət alarkən  TUTULDU
23 avqust 2025 10:35 (UTC +04:00)

Prokuror rüşvət alarkən TUTULDU

Rusiyanın Leninqrad vilayətində rüşvət alan prokuror saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, avqustun 21-i axşamı Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Leninqrad vilayətinin Lodeynoye Polye rayon prokuroru Aleksey Demini cinayət işi üzrə təqsirləndirilən şəxsdən rüşvət almaqda şübhəli bilinərək saxlayıblar. 

Mənbələrin məlumatına görə, Deminin vəzifədən azad edilməsi onun faktiki saxlanılmasından cəmi bir neçə saat əvvəl rəsmiləşdirilib. O, 2023-cü ildə Novqorod vilayətinin Okulovo rayonundan Lodeynoye Polye prokuroru vəzifəsinə keçib.

Rayon administrasiyasındakı mənbə iddia edir ki, Demini keçmiş yerli polis rəisi, 2025-ci ilin mayında yeddi illik xidmətindən sonra vəzifəsini tərk etmiş Sergey Derqaçev tələyə sala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1222

Oxşar yazılar