Toydan 9 gün sonra  hamilə arvadını öldürüb özünü çaya atdı
23 avqust 2025 13:00 (UTC +04:00)

Toydan 9 gün sonra hamilə arvadını öldürüb özünü çaya atdı

Rusiyada 24 yaşlı gənc toyundan cəmi 9 gün sonra hamilə arvadının həyatına son qoyub.

Lent.az yerli telegram kanallarına istinadla bildirir ki, istintaqın versiyasına görə, ər-arvad 17 avqust axşamı kirayə mənzildə içki içiblər.

Bir anda qısqanclıq zəminində mübahisə başlayıb. Ər arvadının boğazından tutaraq onu sadəcə yatağa itələyib. Ancaq bu zaman qadın boğularaq ölüb.

Hadisədən sonra 24 yaşlı ər özünü çaya ataraq, intihara cəhd edib. Sonradan onu sərhədçilər çayın sahilində tapıblar. Şəxs saxlanılıb və törətdiyi əməli etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar