Samir Bağırov Azərbaycanı birdəfəlik tərk etdi - EKSKLÜZİV
02 oktyabr 2009 17:00 (UTC +04:00)

Samir Bağırov Azərbaycanı birdəfəlik tərk etdi - EKSKLÜZİV

Müğənni Samir Bağırov dünən gecə saatlarında Azərbaycanı tərk edərək, Moskvaya gedib. Lent.az-ın eksklüziv məlumatına görə, müğənni Bakıdan səs-küysüz getməyi qərarlaşdırıb. Hava limanında mətbuat nümayəndələrini görən Samr Bağırov gedişinin səbəbini açıqlamaqdan imtina edib. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, müğənni bir də Bakıya qayıtmayacaq.

Onu da qeyd edək ki, Samir Bağırovun gedişinin videogörüntüləri ölkəsinin birdəfəlik tərk etməsinin səbəbləri şənbə günü ANS telekanalında yayımlanan “Qırmızı-qırmızı” verilişində açıqlanacaq.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar