Alman kişilər ən pis, ispan kişilər ən yaxşı sevgili sayıldılar
29 sentyabr 2009 18:30 (UTC +04:00)

Alman kişilər ən pis, ispan kişilər ən yaxşı sevgili sayıldılar

Türklərin tərləmələri, rusların tüklü olmaları onları ən pislər siyahısına salıb
“OnePoll.som” saytı 20 ölkə üzrə müxtəlif ölkələrə tez-tez səyahət edən 15 min qadın arasında internet-sorğu keçirib.
Lent.az-ın verdiyi məlumata görə, qadınlardan müxtəlif ölkələrdəki kişilərin sevişmə məharətlərini qiymətləndirmək xahiş olunub.
Sorğunun ümumi nəticələrinə görə, qadınlar alman kişilərini ən pis sevgililər sayırlar. Arqumentləri də budur ki, alman kişiləri gigiyenik təmizliklərinə yaxşı baxmır, pis qoxuyurlar.
İngilis kişilər tənbəlliklərinə görə ən pislər siyahısında ikinci yerdədir. İsveçli kişilər yataqda öz işlərini tez başa çatdırmağa üstünlük verdikləri üçün bəyənilmirlər. Holland kişiləri yataqda özlərini yekəxana, amerikalı kişilər kobud apardıqları üçün ən pislər siyahısında müvafiq olaraq 4-cü və 5-ci yerdə qərarlaşıblar.
Qadınlar yunan kişilərini şitliklərinə görə ən pislər sırasına salıblar. Şotlandiyalıların çox səs-küylü olmaları onların mənfi cəhətidir. Türk kişiləri tərlədikləri üçün qadınların xoşuna gəlmirlər. Rus kişiləri ən pislər siyahısında 10-cu yerdədirlər. Onların həddən artıq tüklü olmaları qadınları bezdirib.
İnternet-sorğuya qatılan qadınlar ən yaxşı sevgililəri isə ispanlar hesab edirlər. Braziliyalı, italyan, fransız, irland kişilər ilk beşlikdədirlər.
Cənubi Afrika Respublikasından olan kişiləri də qadınlar bəyənirlər. İlk onluğa avstraliyalı, zelandiyalı, danimarkalı və kanadalı kişilər də düşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar