Məşhur müğənnilər canlı yayımda bir-birlərini acıladı
28 sentyabr 2009 14:30 (UTC +04:00)

Məşhur müğənnilər canlı yayımda bir-birlərini acıladı

Türkiyənin məşhur müğənniləri Bülent Ərsoy və Gülbən Ərgən canlı yayımda sözləşiblər.


“Popstar Alaturka” musiqi yarışmasının iştirakçılarından biri haqqında söz açan Ərsoy araya girməyə çalışan Ərgənə kobud cavab verib.

Lent.az-ın “Kələbək”ə istinadən verdiyi məlumata görə, “Popstar Alaturka” yarışmasında gərgin anlar yaçanıb. Belə ki, Bülent Ərsoy, Gülbən Ərgən haqqında söylədiyi sözlərlə həm məşhur sənətçini, həm də tamaşaçıları çaşdırıb.

Ramazan adlı iştirakçının digər iştirakçıları haqsızlıq olmasın deyə ifasını yarımçıq kəsməsinə görə əsəbiləşən Ərsoy “sənətdə yaşamaq üçün öldür” fəlsəfəsini xatırladıb.
Ərgənin “Yaşamaq üçün uşağınız yaşındakı məni öldürmək niyyətindəsinizmi?” sözlərinə cavab verən Ərsoy, “Çox təəssüflənirəm, hörmətli Ərgən, sizinlə sənətə dair müzakirə apara bilmərəm, siz mənim üçün sənətlə bağlı müzakirə edə biləcəyim səviyyədə deyilsiniz " deyib. Ərsoyun bu sözlərindən çaşqına dönən Ergen, “Sizdən mən də, məni sevənlər də çox incidik" ,- cavabını verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644

Oxşar yazılar