Tünzalə Ağayeva veb-saytını yerli dizaynerlərə həvalə edib
25 sentyabr 2009 18:15 (UTC +04:00)

Tünzalə Ağayeva veb-saytını yerli dizaynerlərə həvalə edib

Müğənni “Ölkəm” layihəsini veb-saytında təbliğ edəcək

Əməkdar artist Tünzalə Ağayeva bir ildən sonra öz veb-saytını yenidən aktivləşdirib.

Bu barədə Lent.az-a məlumat verən müğənni məqsədinin uzun zamanda bəri çalışdığı “Ölkəm” layihəsini sayt vasitəsilə ilə tanıtmaq olduğunu deyib: “Bu saytda yeni şəkillər, son məlumatlar olacaq. Saytın maraqlı yeniliklərindən biri odur, şəkillər günorta saatlarında günorta fonunda, gecə 12-dən sonra gecə rejimində görünəcək”.


Müğənni saytı yerli dizaynerlərə həvalə etdiyini deyib: “Biz bu materialı Avropada bir neçə şirkət nümayəndələrinə göstərdik, onlar bu saytı çox bəyəniblər. Yerli dizaynerlərlə işbirliyim uğurlu alınıb”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar