Elariz hədələdi: “Kimsə məndən əfv gözləməsin”
İfa etdiyi “Fairytale” (Nağıl) mahnısı ilə “Eurovision-2009”un qalibi Aleksandr Rıbakın mahnısına şərik çıxan Elariz ifası ilə bağlı mətbuatda yazılanlara aydnlaq gətirib.
Müğənni Lent.az-a açıqlamasında bir qrup insanları onun müğənni karyerasına xələl gətirməkdə günahlandırıb: “Fairytale” oxumağımla bağlı haqqımda yazılan absurd yazılardan bəlli olurdu ki, mənim karyerama xələl gətirməkdə kimlərsə maraqlıdır. Belələri adətləri üzrə hər vəchlə məni gözdən salmaq, işgüzar nüfuzuma xələl gətirmək üçün var gücləri ilə dəridən-qabıqdan çıxıblar. Amma mən heç də ruhdan düşmürəm. Ona görə ki, bu mahnını mənim ifamda çoxları bəyəndi. Hətta “Fairytale”i çox yaxşı oxuduğum üçün bir neçə televiziya verilişlərindən təklif aldım və bu dəvətlər hələ də davam edir. Əslində düşünmürdüm ki, bu mahnı ifamda ajiotaj yarada bilərdi. Mən onu toy və şou-proqramlarda oxumaq üçün nəzərdə tutmuşdum. Ancaq göründüyü kimi, “Fairytale”, onu oxuyan müğənnilərimiz arasında məhz mənim ifamda hədsiz uğurlu alındığı üçün efirlər tərəfindən bu qədər müsbət rəğbət qazandı”.
Müğənni bu mahnını oxudugu üçün Nikolay Baskovdan tərif aldiğini da deyib: “Rusiyanın tanınmış müğənnisi Nikolay Baskov belə, Bakıda keçirilən məclislərin birində “Fairytale” ifamda eşitdikdə özünü saxlaya bilməyib, məni yüksək dərəcədə alqışlayıb, müsbət qiymət verdi. Ondan başqa, gənc bəstəkar Rasim Musayev, hansı ki, ingilis dilini çox gözəl bilir və səlist danışır, “Fairytale”i ifamda eşitdikdən sonra mənimlə telefon əlaqəsi yaradıb bildirdi ki, mahnısı çox gözəl və ləhcəsiz oxumuşam. Buna görə məni təbrik etdi. Nadir Əzimov, şoumen Murad Dadaşov və digər tanınmış sənət adamlarından da eynən müsbət rəylər almışam. Murad Dadaşov isə məxsusi olaraq bildirdi ki, böyük maraqla izlənilən “Maşın-999” realiti-şousunun finalına qonaq kimi qatılıb, “Fairytale”i oxuyum. Ən maraqlısı isə odur ki, haqqımda tənqidi yazılmış yazının sifarişli olduğunu Murad da hiss etdiyini bildirərək, söhbətimiz zamanı mənə ruhdan düşməməyi tövsiyə etdi. Bütün bunların qarşılığında bir daha əminliklə təsdiq edirəm ki, kimlərsə məni müğənni kimi gözdən salmaqda hansısa maraq güdür”.
Elariz həmin şəxslərin xalq artisti Brilliant xanım Dadaşova ilə onun dost münasibətini pozmağa da cəhd etdiyini iddia edib: “Guya mən ingilis dilində Brilliant xanımdan yaxşı oxuyuram. O, çox pis oxuyur, demişəm. Onsuz da məni xalqın gözündən salmaq qeyri-mümükündür. Çünki mən öz mənliyim, mədəniyyətim və layaqətimlə və sair müsbət keyfiyyətlərimlə 20 ildən artıqdır ki, Uca Yaradanın köməkliyi ilə bu yerlərə gəlib çıxmışam. Bundan sonra şəxsiyyətimə və sənətimə xələl gətirməyə cəhd edəcək hər kəs layiqli cavabını alacaq. Kimsə məndən əfv gözləməsin”.
Lalə Yusifqızı

664