Dilarə Əliyeva əməliyyat qrupunun kapitanı olub
19 sentyabr 2009 11:00 (UTC +04:00)

Dilarə Əliyeva əməliyyat qrupunun kapitanı olub

Aktrisa Dilarə Əliyeva əməliyyat qrupunun kapitanı olub.

Bu barədə Lent.az-a eksklüziv açıqlamanı müğənni özü bildirib: “İki filmdə çəkilmişəm, bunlardan biri “Həmişə siz gələsiniz” serialıdır ki, ailə-məişət mövzusundadır. Digəri isə mənim üçün yeni və olduqca maraqlı obrazla yer aldığım filmdir”.

“Polis” adlı filmdə aktrisa əməliyyat qrupunun kapitanıdır: “Dünyanın bütün ölkələrində kriminal seriallar nümayiş olunur. Azərbaycan tamaşaçısı bu mövsüm iki serialı maraqlı film izləyəcək”.

Aktrisa serialda Yaşar Nuri, Qurban İsmayılov, Elşən Rüstəmovla birlikdə rol alıb.
Serialın bədii rəhbəri Ramiz Fətəliyevdir.
Filmin oktyabr ayında nümayişi gözlənilir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar