5 dəqiqəyə cazibədar görünməyin yolları
18 sentyabr 2009 10:00 (UTC +04:00)

5 dəqiqəyə cazibədar görünməyin yolları

5 dəqiqəyə cazibədar görünüş? Arzulayırsınızmı? Elə isə məsləhətləri oxuyun, gerçəkləşdirin...

İri dodaqlar

Dodaqlarınız dolğundursa, yumşaq tonlarda mat (parıltısız) pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınız nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin. Dodaqların şişkin görünməsinin ən asan yolu: alt dodağınızın ortasına açıq rəngli, parıltılı dodaq boyası çəkin. Həmin boyanı üst dodağın kənarlarına da çəkib, dodaq qələmi olmadan irihəcmli dodaqlara sahib ola bilərsiniz.

İri gözlər

Gözləri böyütmək göz kölgələrinin əlindədir. Gözlərin ətrafını metallik tonlarda göz kölgələri ilə bəzəyib, hamının diqqətini onlara yönəldə bilərsiniz.

Uzaq gözlər

Gözləriniz bir-birindən uzaq yerləşibsə, qara qələmlə gözün başlanğıcını korrektə edin.

Burunun kiçildilməsi

İstifadə etdiyiniz kirşandan burnunuzun yan tərəflərinə balaca fırça ilə vurun. Beləcə burnunuzun olduğundan daha kiçik görünməsinə nail olacaqsınız.


Dodaq boyası

Pomadanıza uyğun rəngdə dodaq qələmi ilə ortadan uclara doğru dodaqlarınızı çevrələyin. Dodağınızın hər tərəfini qələmlə doldurun. Beləcə həm pomadanızın davamlılığı artacaq həm də silinməyə başladığında dodaqlarınız cansız görünməyəcək. Pomadanı fırça ilə dodağınıza çəkin. Pomadanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin. İşıltılı görünüm üçün dodaqlarınızın tam ortasına rəngsiz bir parladıcı toxundurun.

Həmişə gözəllikdə!!!

Kimyə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366

Oxşar yazılar