Samir Piriyev TRT-nin əməkdaşı ilə işbirliyinə başlayıb - EKSKLÜZİV
Müğənni dekabr ayında yeni abomunu təqdim edəcək
Müğənni Samir Piriyev Türkiyə ilə bağlı böyük layihələr həyata keçirməyə hazırlaşır. Dünən Türkiyədən səfərdən qayıdan Samir Piriyev yeniliklərini eksklüziv olaraq Lent.az-a açıqlayıb: “Artıq dekabr ayından etibarən qardaş Türkiyədə yaradıcılıq fəaliyyətə başlayacam. Yeni albomum işıq üzü görəcək - Fərhad Köçər, Sinan Özən, Erhan Gülərüz, Fatih Qısabarmaq və digər sənətçilərin mahnılarını ifa etmişəm. Çoxdan vədini verdiyim Zerrin Özərlə duet də artıq hazırdır”.
Dekabr-yanvar ayında işıq üzü görəcək albom sənətçi Erhan Gülərüzün musiqi şirkətində istehsal olunacaq: “Türkiyədə bir çox musiqi şirkətlərindən təklif almışdım, “Seyhan” musiqi şirkətinin müqaviləsini gözdən keçirirdim. Şərtlər məni qane etmədiyindən Erhan Gülərüzün musiqi şirkətində albom çıxarmağı qərara aldım”.
Müğənni yeni albomunda arabesk janrında musiqilər ifa edəcək: “Türkiyədə arabesk musiqilərə tələbat olduqca böyükdür. Arabesk oxuyan Özcan Dəniz, Alişan və başqaları artıq pop musiqiyə yönəlib. Bundan başqa, orda albom çıxırmaq böyük sərmayə tələb edir, 500 min dollarlarla pul sərf olunur. Buna görə də o sərmayəni qazanc gətirən sahəyə yönəltmək mütləqdir”.
Samir Piriyev TRT-nin əməkdaşlarından biri ilə işbirliyinə başladığını da qeyd edib: “Oradakı prodüserim Fateh bəy TRT-nin əməkdaşıdır. Türkiyədəki işlərimi o idarə edir, inşallah, albom işıq üzü görən kimi Türkiyənin müxtəlif kanallarında proqramlarda iştirakım olacaq. Bununla da yeni albomumu təbliğ edəcəm”.
Müğənni gələn ilin ortalarında Türkiyə telekanallarının birində teleaparıcı olacağını da açıqlayıb.
Lalə Yusifqızı

763