Nazir Röyadan həkim kağızı istəyib
“O, mənə etiraz edərək, bu vəziyyətdə konsert verməyimin təhlükəli olduğunu bildirdi”
Bakıda Akademik Opera və Balet Teatrında 6 gün konsert verməyə hazırlaşan müğənni Röya mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin etirazı ilə üzləşib.
Lent.az-ın məlumatına görə, bu barədə açıqlamanı Röya Ayxan bu gün mətbuat nümayəndələri ilə görüşündə deyib: “Mən əslində 10 gün konsert vermək arzusunda idim. Opera və Balet Teatrında konsert vermək üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edən zaman nazir mənə etiraz edərək, bu vəziyyətdə konsert verməyimin təhlükəli olduğunu bildirdi. Məndən həkim kağızı tələb etdilər”.
Röya yalnız bu hadisədən və həkimin məsləhətindən sonra 6 gün konsert verməyi qərara aldığını bildirib.
Lalə Yusifqızı

705