Hadisə azərbaycanlılardan üzr istədi
“Sözlərim səhv başa düşülüb”
Moskvada keçirilən “Eurovision 2009”-da Türkiyəni təmsil edən və Azərbaycandan 12 xal qazanan müğənni Hadisə Türkiyə-Ermənistan sərhədlərinin açılması bağlı verdiyi açıqlamanın səhv başa düşüldüyünü iddia edib.
Lent.az-ın “Sakarya” qəzetinə istinadən verdiyi məlumata görə, sözlərinin səhv anlaşıldığını deyən Hadisə Azərbaycandan xalqından üzr istəyib.
Müğənni Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı açıqlamasında “sərhədlərin qalxmasını dəstəkləyirəm, Ermənistan və Türkiyə arasında barış mələyi olmaq istəyirəm” demişdi.
Hadisənin bu sözlərinə qəzəblənən azərbaycanlılar da “Hadisə artıq Azərbaycanda konsert verə bilməz” kimi sərt bəyanatlar vermişdilər. Hadisə növbəti açıqlamasında “Azəriləri çox sevirəm, sözlərimi səhv anladılar. Hamısından üzr istəyirəm” deyib.

605