Azərbaycan 3 illiyinə “Eurovision”dan kənarlaşdırıla bilər
15 sentyabr 2009 14:15 (UTC +04:00)

Azərbaycan 3 illiyinə “Eurovision”dan kənarlaşdırıla bilər

“Eurovision” müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi bu il Moskvada keçirilmiş “Eurovision-2009” müsabiqəsində erməni təmsilçilərinə səs göndərilməsi ilə bağlı başlanmış müzakirələri başa çatdırıb. Avropa Yayım Birliyinin araşdırmasına Ermənistan təmsilçilərinə səs göndərən Azərbaycan vətəndaşlarının Milli Təhlükəsizlik Nazirliyinə çağırılması barədə məlumatlar da daxildir.

Lent.az-ın www.esctoday.com saytına istinadən məlumatına görə, Avropa Yayım Birliyinin rəhbəri və “Eurovision” müsabiqəsinin icraçı direktoru Svantes Stokselius qərarın artıq EBU televiziya komitəsinə təhvil verildiyini və bir neçə günə açıqlanacağını xəbər verib.

Stokseliusun açıqlamasına görə, Azərbaycan ittihamlardan bəraət ala, yaxud cəzalana, üç il müsabiqədə iştirakdan məhrum edilə bilər...

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar