“Kurtlar vadisi” haqqında şok iddia
“Star” qəzeti: “Polad Alemdar” mafiya başçısına 3 milyon dollar xərac verib
“Kurtlar vadisi” serialının istehsalçısı və baş rol oyunçusu barədə şok iddia ortaya atılıb.
Lent.az-ın məlumatına görə, bu barədə iddianı Türkiyənin “Star” qəzeti yayıb. Qəzet yazır ki, hazırda həbsxanada olan mafiya başçısı “Nuriş ləqəbli ”Nuri Ergin bir müddət əvvəl filminin istehsalçısı Raci Şaşmaz və “Polad Alemdar” rolunun ifaçısı Necati Şaşmazı ölümlə hədələyib.
“Nuriş” Şaşmaz qardaşlarının serialda onu biabır etdiklərini iddia edib, onların başlarını kəsəcəyini deyib. Mafiya başçısının hədə-qorxusundan sonra Şaşmaz qardaşları mühafizəçilərinin sayını artırıb. Qardaşlar daha sonra özləri kimi elazığlı olan keçmiş daxili işlər naziri Mehmet Ağarla görüşərək ondan məsələni həll etməsini istəyiblər.
Bölgədəki tayfalardan birinin başçısı olan Ağar məsələyə müdaxilə edib və gərginlik aradan qalxıb. Belə ki, Şaşmaz qardaşları “Nuriş”ə 3 milyon dollar göndəriblər, o da geri addım atıb.

1492