Nazpəri Dostəliyevanın qəzetə qarşı iddiası təmin olundu
14 sentyabr 2009 15:15 (UTC +04:00)

Nazpəri Dostəliyevanın qəzetə qarşı iddiası təmin olundu

Qəzet xalq artistindən üzr istəməlidir

Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva Azərbaycan qəzetlərindən birini məhkəməyə vermişdi. Xalq artistinin vəkili Yunus Vəliyev Lent.az-a məhkəmənin nəticəsini açıqlayıb.

Vəkilin məlumatına görə, həmin qəzetin 26 iyun 2009-cu il tarixli sayında 8-ci səhifədə çap olunmuş “Nazpəri Dostəliyeva pis qaynanadır?!” adlı məqalədə yalan xəbər yazılıb. Bu səbəbdən də Nazpəri Dostəliyeva qəzet və baş redaktora qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş ziyanın ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edib.

Y.Vəliyevin açıqlamasına görə, 31 avqust 2009-cu il tarixində keçirilən məhkəmənin nəticəsinə görə, iddia qismən təmin edilib. Qərara görə, qəzet eyni səhifədə, eyni şriftlə təkzib verməlidir. Bundan başqa, qəzet iddiaçı Nazpəri Dostəliyevadan üzr istəməlidir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586

Oxşar yazılar