Rza Zərrabdan Ebru Gündəşə Fransa sürprizi
14 sentyabr 2009 12:00 (UTC +04:00)

Rza Zərrabdan Ebru Gündəşə Fransa sürprizi

Türkiyənin məşhur müğənnisi Ebru Gündəş sevgilisi, azərbaycanlı iş adamı Rza Zərrabla birlikdə Fransaya gedib.

Lent.az-ın Türkiyənin “Takvim” qəzetinə istinadən məlumatına görə, cütlük Ramazan bayramını Kann şəhərində keçirəcək. Sənətçi azərbaycanlı iş adamı ilə eşq yaşadığı haqda gəzən xəbərləri təkzib etsə də, onlar haqqında dedi-qodular səngimək bilmir.

Qəzet yazır ki, Rza Zərrab Ramazan ayında işləri azalan, “yaxın dostum” dediyi Gündəşə bir sürpriz hazırlayıb. Onlar ötən gün dincəlmək üçün Kanna gediblər.

Qeyd edək ki, cütlüyün orada 10 gün tətil edəcəkləri deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar