Müğənni Xatirə məhkəməyə hazırlaşır
11 sentyabr 2009 20:00 (UTC +04:00)

Müğənni Xatirə məhkəməyə hazırlaşır

Müğənni Rəqsanə və rəqqasə Məryəm Süleymanovadan sonra müğənni Xatirə də “Röya” jurnalında yayımlanan müsahibəsinə etiraz edib. Lent.az-ın məlumatına görə, müğənni sözügedən jurnalda dezinformasiya yazıldığı üçün məhkəməyə müraciət etməyə hazırlaşır: “Jurnalist orada yazılan sualları mənə ünvanlamayıb. Son 3 sual baş redaktorun uydurmasıdır”.

Müğənni qalmaqala qarışmaq istəmədiyini və özü bu məsələni araşdıracağını deyib: “Əlimdə elə faktlar var ki, bunu təqdim etsəm, o şəxslərin necə qeyri-peşəkar olduğu görünəcək”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar