Kişi rəqibi Aygün Kazımovaya şans tanımır
Ötən il telekanallarda əyləncəli səhər proqramlarını aparan xalq artistləri Nisə Qasımova və Aygün Kazımova arasındakı rəqabətə bu mövsüm Turan İbrahimov müdaxilə edəcək.
Lent.az-ın məlumatına görə, Nisə Qasımovanı səhər saatlarında başqa bir verilişlə əvəz edən Turan İbrahimov rəqibinə şans tanımayıb. Teleaparıcı Lent.az-a açıqlamasında nümayiş etdirəcəyi üstünlüklərdən danışıb: “Bu veriliş həftənin beş günü 3 saat yayımlanacaq yeganə verilişdir, Azərbaycan teleməkanında həm də format və mövzu baxımından yenilik olacaq. Digər kanallarda yayımlanan və “Günəbaxan”la eyni vaxtda efirdə olacaq verilişlərin bizimlə rəqabət aparmağa heç şansı belə qalmayacaq”.
Turan İbrahimov Aygün Kazımova ilə rəqabətə hazır olsa da, nəticədən əmin deyil: “Proqramın müəyyən saatları Aygün Kazımovanın verilişi ilə üst-üstə düşəcək. Amma həm keyfiyyət, həm də məzmun müxtəlifliyinə görə Aygün xanımın verilişinin bizdən qat-qat geridə olacağına əminəm. O ki qaldı reytinqə, bu, artıq tamaşaçılardan asılı olacaq. Onların seçimini və kimə maraq göstərəcəyini dünyanın ən məşhur sosioloqu belə dəqiq deyə bilməz. İnsanların nə istədiyini anlamaq olduqca çətin məsələdir”.
Lalə Yusifqızı

825