Nazpəri Dostəliyevadan sirli “Eurovision” xəbəri!
03 sentyabr 2009 15:45 (UTC +04:00)

Nazpəri Dostəliyevadan sirli “Eurovision” xəbəri!

Xalq artisti Nazpəri Dostəliyeva hazırlıqları bir il davam edən “Sehir” adlı albomunu tamamlayıb. Bu barədə Lent.az-a məlumat müğənninin mətbuat xidmətindən verilib.

Mənbənin xəbərinə görə, albom Dostəliyevanın yaradıcılığında əsl yenilik olacaq: “Müğənni albomunda yaxın vaxtlarda geniş kütlə arasında özünü tanıtmağa hazırlaşan “NEXT” qrupu ilə məşhur xalq mahnısı “Getdi yar”ı birlikdə oxuyub. Müasir üslubda hazırlanan xalq mahnısında milli musiqimizlə yanaşı Qərb musiqisinin elementlərindən də istifadə olunub. Sözügedən mahnıya klip çəkilişləri hələlik reallaşmayıb, “Next” özlərinin təqdim edəcəkləri albomun işlərini tamamlamaq üçün Ukraynadadır. Uşaqlar vətənə qayıtdıqdan sonra çəkilişlər baş tutacaq”.

Mahnının aranjimanı Yaşar Baxış tərəfindən hazırlanıb.

Gəzən şayiələrə görə, ifa tərzi, səhnə fəaliyyəti və imcinə görə Azərbaycanda fəaliyyət göstərən digər qruplardan fərqlənən “Next” qrupu bu il “Eurovision-2010” mahnı müsabiqəsində təmsil olunacaq.

Müğənninin mətbuat xidməti Nazpəri Dostəliyevanın hazırda Türkiyədə istirahət etdiyini xəbər verib.

“Getdi yar”ın sentyabr ayının sonunda kliplə mətbuata və tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1156

Oxşar yazılar