Azərbaycan şou-biznesində sensasion trio
02 sentyabr 2009 10:00 (UTC +04:00)

Azərbaycan şou-biznesində sensasion trio

Natəvan Həbibi, İlhamə Quliyeva və Elza Seyidcahanı nə birləşdirir?

Natəvan Həbibi, Elza Seyidcahan və İlhamə Quliyevanın trio ifası gözlənilir. Üçlük birgə son vaxtlar populyar olan “Həsrət nəğməsi”ni birlikdə ifa edib klip çəkdirəcəklər. Bu barədə Lent.az-a sözügedən mahnının bəstəkarı Elza Seyidcahan məlumat verib: “Bu mahnını məndən başqa Ramal və Natəvan Həbibi də ifa edib. İhamə Quliyeva da həmin mahnını çox sevir. İlhamə xanıma təklif etdim ki, üçlükdə bu mahnıya yeni nəfəs verək. Üç fərqli səsin birgə təqdimatı düşünürəm ki, çox maraqlı olacaq”.

Seyidcahan klipin Zöhrab Ağayev tərəfindən çəkiləcəyini də məlumat verib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095

Oxşar yazılar