“Zərif çərşənbə” İlhamə Quliyevasız təqdim olunacaq - EKSKLÜZİV
01 sentyabr 2009 15:00 (UTC +04:00)

“Zərif çərşənbə” İlhamə Quliyevasız təqdim olunacaq - EKSKLÜZİV

Xalq artisti İlhamə Quliyeva, Sevil Nuriyeva, Mailə Muradxanlının və Tunayın ANS telekanalının efirində təqdim edəcəyi “Zərif Çərşənbə” adlı proqramda dəyişikliklər edilib. Bu barədə Lent.az-a məlumat etibarlı mənbədən bildirilib. Mənbənin məlumatına görə, İlhamə Quliyevanı aparıcı kürsüsündə xalq artisti Afaq Bəşirqızı əvəz edəcək.

Mənbənin əlavəsinə görə, İlhamə Quliyeva verilişin artıq “şapka”sina çəkilibmiş.
ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov Lent.az-a açıqlamasında mənbənin xəbərini təkzib etməyib. Bir neçə gün əvvəl avtomobil qəzasına düşən müşavir qəzadan sonra hazırda səhhətində narahatlıq olduğu üçün bir neçə gündən sonra daha geniş informasiya verə biləcəyini deyib.

Qeyd edək ki, xəstəxanada olan müalicə olunan İlhamə Quliyeva isə Lent.az-ın əməkdaşına xəstəxanadan çıxdıqdan sonra aparacılıği davam etdirəcəyini iddia etmişdi.

Xalidə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1055

Oxşar yazılar