Azəri Günelin verilişinin ilk azərbaycanlı qonağı atası olacaq - EKSKLÜZİV
29 avqust 2009 10:00 (UTC +04:00)

Azəri Günelin verilişinin ilk azərbaycanlı qonağı atası olacaq - EKSKLÜZİV

“Proqramıma açıq-saçıq geyimdə çıxmayacam”


Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova Türkiyənin “Kanal7” kanalında “Günellə ləzzətli dəqiqələr” proqramına aparıcılıq edir. Müğənni bu günə qədər bir çox türk sənətçisinin meneceri olan Kemal Aslanla işbirliyinə başlayıb. G. Zeynalova Lent.az-a eksklüziv açıqlamasında indiyə qədər bir çox təkliflər aldığını, lakin ən yaxşı layihələrdə yer almaq istədiyini açıqlayıb: “Həftə içi hər gün Türkiyə vaxtı ilə saat 12:50-də canlı yayında sevənlərimlə görüşürəm. Verilişin formatı çox bəyənirəm. Proqramıma açıq-saçıq geyimdə çıxmayacağam – bu, verilişin formatına daxildir”

Verilişinə azərbaycanlı müğənniləri qonaq çağırmağı hələlik planlaşdırılmadığı bildirən müğənni, ilk azərbaycanlı qonağının atası olacağını xəbər verib: “Atam verilişdə yemək bişirəcək, türk tamaşaçılarını Azərbaycan mətbəxi ilə tanış edəcək”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802

Oxşar yazılar