“Samir Bağırovla yaxın olduğuma görə özümü xoşbəxt sayıram..” - MÜSAHİBƏ
“Axırda dedi, qoy Azərbaycan məni o qədər incitsin ki, birdəfəlik gedə bilim”
Lent.az-ın “Yaxın adam” rubrikasının qonağı müğənni Samir Bağırovun yeganə dostu, stilisti Samir Əliyevdir
Layihə: Yaxın adam
- Bildiyimə görə, Samir Bağırovun həyatında yeganə dostu sənsən.
- Beş ildən çoxdur birlikdəyik. Sənət adamıdır, onun həyatında çox şeylər ola bilər. Yaxşı olar ki, müğənninin həyatında ona yaxın olanlar az və daimi insanlar olsun. İncəsənət adamının hər adama etibar etməsi çətindir.
Son vaxtlar görürəm, çox düşüb, tamam başqa olub, həvəsi yoxdur, sənətdən soyuyub, heç bir kanala getmək, proqramlara çıxmaq istəmir. Məcbur etmək də olmur, bu insanın həvəsi yoxdur. Əvvəllər özü də istəyirdi ekrana çıxsın, lakin indi... Hərdən baxıram köhnə illərin çəkilişlərinə, indiyə qədər Moskvadan dostları ona zəng vurur, anası da Amerikaya dəvət edir. Görürlər pis vəziyyətdədir. Çox insanlar onun haqqında şayiələr gəzdirirlər.
- Bax, konkret olaraq hansı şayilər həqiqətə uyğun deyil?
- Məsələn, onun xəstə olmağı yalan sözdür. Əməliyyatdan sonra tikişlərin qalması, pis vəziyyətə düşməsi yalandır. Çox şayiələr var ki, ona aidiyyəti yoxdur.
- Onun oriyentası ilə bağlı söhbətlər də həmişə aktualdır, fikir vermisən?
- O məlum olan hadisədir. Samir Bağırov bunu elan etmir, eləcə də gizlətmir. İnsandır, Allah insanı yaradıb və hər zövqü verib. Onda bu hisslər var. Hər insanın öz şəxsi həyatı var. Mən başa düşürəm, sənət adamıdır, diqqət mərkəzindədir, insanlar tərəfindən sevilir. Amma gəlin etiraf edək ki, bu insanın sənəti haqqında da danışılası çox söz var. Axı, Samirin həqiqətən sənəti var!
- Bayaq dedin ki, Samir özü haqqında həqiqəti yalanlamır, 20 bundan əvvəl belə etiraf həqiqətən də asan iş deyildi, indi artıq efirdə və həyatda belə insanlar göz önünədir. İnsanlar qəbul edir, adiləşib. Bəlkə o vaxt etiraf etməsəydi, o da nüfuzunu qoruyardı, fəxri ad alardı...
- Bilirsiniz, burada zövq məsələsi də var. Mən dizaynerəm, stilistəm, bilirəm ki, hər şey zövqlə bağlıdır. İndi hansı musiqiyə qulaq asırlar? Ancaq toy, kommersiya mahnıları qəbul olunur. Samirin mahnılarını az qism qəbul edir. Onu başa düşmürlər. Nə qədər ürək-dirək verirəm ki, “Samir, səni sevirlər”... Özüm də başa düşürəm ki, Samir bura uyğun deyil, Azərbaycanın qayda-qanunlarına riayət eləmir. Bizimkilərin fikrincə, onun imici, həyatı qəbul olunmazdır. Hər insanın öz aləmi var. Samirin də öz dünyası var. Maykl Cekson ölüb, hələ də haqqında danışırlar. Demirəm Samir də əfsanədir, onun üçün bu sözü demək tezdir, lakin bu insan qeyri-adi insandır. Samir səhnədə deyil, sözü-söhbəti hələ də gəzir. Samiri əvəz edən insan var? Yoxdur. Başqa müğənniləri kopyalaya bilərlər, lakin Samiri əvəz etmək çətindir.
- Samirin ailəsi necədir?
- Samir özü çox intellektual insandır, anasını, ailəsini tanıyıram. Çox mədəni insandırlar. Onlardan tərbiyə alıb. Estrada müğənnisidir, tanınmışdır, nə evi var, nə maşını var, heç nəyi yoxdur. Onun bir dəfə səhnəyə çıxmağı 200 manata başa gəlir. Geyimi, saç düzümü, hamısı puldur. Toylara getmir.
- Samirin evi var idi, kliplər də çəkdirirdi, ümumiyyətlə, vəziyyəti yaxşı idi. Deyirlər, o həyatındakı insandan ayrıldıqdan sonra maddi vəziyyəti sıfıra endi.
- Elədir, 2000-ci ildə ona köməklik edən biri var idi, hətta Qarabulaqdakı klipini də o çəkdirmişdi. Ancaq o sənətlə bağlı idi, həmin şəxs öz firmasının reklamına görə Samirə sponsorluq edirdi. O insan nəinki Samirə kömək etmişid, 2000-ci ildə Alla Puqaçovanı da Bakıya gətirmişdi. İki ilə yaxın işlədilər. Samir özü onunla işbirliyindən imtina etdi. Çünki onda vəziyyəti yaxşı idi. O vaxt İqor Krutoyla işləyəndə də Samir özü layihədən çıxdı. O, həmişə belə olub. Hamı da şoka düşürdü. Başqaları nə qədər çalışırdı, vuruşurdu ki, o şansı qazansın, o isə hər şeydən üz döndərirdi.
- Bəs necə izah edirdi bunu?
- O özü də bilmirdi neyniyir. Öz aləminə qapılan insandır. Məndən və anasından başqa heç kimlə dərdləşmir, danışmır. Hər gün anası ilə danışır. Başqa heç kimin telefonuna cavab vermir. Bir həftəyə qədər mən özüm də onunla danışa bilmirdim. Çox qapalı insandır. Bizim böyük bir layihəmiz vardı, fotosessiya olmalı idi, bir müddət çox kökəlmişdi. Evdə oturmağı, heç nə edə bilməməyi, depressiya onu bu vəziyyətə gətirmişdi. Telekanallar onu dəvət edirdilər, heç kimə də demək olmurdu ki, bu, ekrana çıxacaq vəziyyətdə deyil. Axı onu sevən insanlar da var, heç biri istəməzdi Samiri bu vəziyyətdə görsün. Bir həftəyə Samir arıqladı.
- Əməliyyatla?
- Arıqladı. Əlbəttə, həkim məsləhəti ilə.
- Yox, siz bunu inkar etsəniz də, Samirin İsraildə əməliyyat olunmağı dəqiq məlumatdır.
- Olunub, lakin mən bu informasiyanı dəqiq deyə bilmərəm.
- Eybi yoxdur, mən sizin əvəzinizə dəqiq deyirəm.
- O, sənət adamıdır, həmişə öz sevənlərinə hörmətlə yanaşıb. Onun üçün səhnəyə əsl müğənni kimi çıxmaq çox vacibdir.
- Samirin həyatında sevgi var?
- Yox, yox, yox... Sevgi var idi, indi yoxdur.
- ?..
- 1999-cu ildə o qıza - rəqqasə Simaya olan hissləri doğrudan da sevgi idi, o qız həyatını itirib. Samir həmişə deyirdi ki, mənim üçün sevgi o idi. Baxmayaraq ki, onun qıza olan sevgisi qəribə görünür...
- Bəlkə o qıza o olan dərin məhəbbətdən sonra Samir heç bir qadının məhəbbətini qəbul etmədi və kişilərlə münasibətə meyl etdi. Ola bilər? Necə bilirsən?
- Sənin sözlərində həqiqət ola bilər. Bütün həyatına nəzər salsaq, bu mümkündür. Samir heç bir kişi müğənninin etmədiklərini edib. Məsələn, 7 il hərbi xidmətdə olub - beş il hərbi məktəbdə musiqili orkestrin heyətində çalışıb, iki il də xidmət edib. Yəni əsl kişilik məktəbini görmüşdü. Moskvanın şou-biznesinə qatılandan sonra Azərbaycana qayıdanda Samirin həyatı artıq tamam dəyişdi.
- Yəni düşüncəsi də dəyişdi?
- Bütün günü Valeri Leontyev, İqor Krutoy və digər nəhəng ulduzların əhatəsində idi. O vaxt orada hamı özünü bu cür aparırdı. Burada yox, deyə bilmərəm, orada hətta geyimləri, saç düzümü ilə rus müğənniləri fərqlənmişdilər.
- Samirin sənət dostu var?
- Bu il onun həyatında sevindirici bir hadisə oldu. Moskvadan onun dostları zəng vurdu. Amma Bakıdan onu iki nəfər təbrik etdi.
- Kim?
- Faiq Ağayev, Rəhim Rəhimli. Bir də fanatlar.
- Bəs “Çarlinin mələkləri”?
- Bu üçlük - Brilliant, Zülfiyyə və Aygün, fikirləşin, onlar Samiri təbrik etməyibsə... Elə-belə təbrik etmək olardı. Samir, açığı, gözləmirdi onlar onu təbrik edəcək. Mən bilirəm ki, o nə qədər çox sevir onları. Samir heç kimin haqqında danışmır, ancaq hər şeyi ürəyinə salıb, özlüyündə düşünür. Bir gün ürəyi partlayacaq...
Anası zəng vurur, öz yanına çağırır. Deyir “gəl bura, səni orada qiymətləndirmirlər”. Mən də məsləhət görürəm, get, anan, nənən, hamı ordadır, səni başa düşən yoxdu, bir sənsən, bir də mən... Cavab verir ki, burada 20 il əziyyət çəkmişəm, necə birdən- birə gedim, Moskvada dostlarım-tanışlarım, onlar bilsə ki, mən burada nə vəziyyətdəyəm, nə düşünər?
Dedim, səni belə görə bilmirəm, sənə mənəvi kömək edə bilərəm, ancaq maddi kömək üçün gücüm çatmır. Axırda dedi, qoy Azərbaycan məni o qədər incitsin ki, birdəfəlik gedə bilim. Bu söz qulağımda sırğa kimi qaldı. Çox maraqlı söz idi... Fikirləşəndə, həqiqətən insanlar ona haqsızlıq etmir, onu kiçik mühit sıxır.
- Onun heç bir yerdən gəliri yoxdur? Bəs restoranlar?
- İndi şou-proqramlarda o qədər iş yoxdur.
- Toylara gedə bilər...
- Samir hər yerə getsəydi, indi hər cür şəraiti olardı. Getmir. Bu yaxınlarda onu bir proqrama çağırdılar. Neçə vaxtdan sonra birtəhər razılaşıb getdi. Getdi, elə mövzu qoydular, elə qonaq çağırdılar ki, Samir bu böyük fasilədən sonra verilişə çıxmağına peşman oldu. Təzədən özünə qapıldı. Sual verdilər ki, “köksən, niyə beləsən?” Vəssalam, bu da Samiri ruhdan salmaq üçün səbəb oldu.
- Samirin həyatına daxil olmaq istəyən şəxs var?
- Deməzdim ki, yoxdur. Samir nəyəsə görə insanla münasibət qurmur. O həm zəif, həm də güclü insandır. Bilir kimlə ünsiyyət qurmaq lazımdır. Bəlkə də çəkinir, bəlkə də adına görə, nəyəsə görə... Mən, məsələn, 94-dən onun pərəstişkarıyam. Əlimdən gələni etmişəm ki, ona yaxın olum. Onun bütün həyatı mənim üçün çox maraqlı idi. O vaxt Azərbaycanda ilk dəfə konserti Samir Bağırov vermişdi. Getmişdim. Uzun vaxtdan sonra arzuma çatdım. İndiyə qədər özümü xoşbəxt sayıram ki, mən ona yaxın oldum. İllərdən sonra etibarını qazandım. İndi bu müsahibəyə gələndə ondan icazə aldım, dedim, olarmı? Dedi, əlbəttə, mən sənə etibar edirəm...
Leyla

1447