Bakı İslam Universiteti lisenziya aldı
27 avqust 2009 15:00 (UTC +04:00)

Bakı İslam Universiteti lisenziya aldı

Gələn ildən universitetə tələbə qəbulu test üsulu ilə mərkəzləşdirilmiş qaydada aparılacaq

Bakı İslam Universitetinə lisenziya verib. Artıq bu barədə universitet rəhbərliyinə rəsmi sorğu da göndərilib. Həmçinin təsdiqlənmiş lisenziya sənədi də universitetə təqdim olunub.

Universitetin rektoru Hacı Sabir Həsənli Lent.az-a bildirib ki, yaxın günlərdə daxili test üsulu ilə Bakı İslam Universitetinə qəbul imtahanı keçiriləcək. Onun sözlərinə görə, lisenziya sənədləri gec verildiyindən universitetə mərkəzləşdirilmiş qaydada qəbul imtahanlarının keçirilməsi mümkün olmayıb.

Xatırladaq ki, Bakı İslam Universitetinə lisenziya verilməsi ilə bu al təhsil ocağının diplomlarının tanınmasındakı problem də aradan qaldırılmış olur. Bu sənədə əsasən, gələn ildən universitetə tələbə qəbulu da mərkəzləşdirilmiş qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar