Məşhur bəstəkardan Azərbaycan-Türkiyə dostluğuna sürpriz!
27 avqust 2009 14:00 (UTC +04:00)

Məşhur bəstəkardan Azərbaycan-Türkiyə dostluğuna sürpriz!

Azərbaycanın tanınmış bəstəkarı Gövhər Həsənzadə Azərbaycan və Türkiyə dövlətinin dostluğunu tərənnüm edən mahnı yazıb. Bu barədə bəstəkar özü Lent.az-a açıqlama verib: “Hazırda bir neçə türk müğənnisi ilə əməkdaşlıq edirik. “Popstar Alaturka”dan tanınan Gökhanla hazırladığımız 4 mahnı yaxın vaxtlarda təqdim olunacaq. Onların arasında “Azərbaycan-Türkiyə” adlı mahnını xüsusilə qeyd etmək istəyirəm. Bu, iki dövlət üçün nəzərdə tutulan ortaq işdir”.

Həsənzadə yaxın günlərdə həm də konsert təşkilatçısı kimi işini təqdim edəcək. Bəstəkar sentyabr ayında azərbaycanlı müğənnilərin Finlandiyada konsertini təşkil edib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar