Samir Bağırov barəsində növbəti xoşagəlməz iddia
26 avqust 2009 19:35 (UTC +04:00)

Samir Bağırov barəsində növbəti xoşagəlməz iddia

Uzun müddətdir televiziyadan və səhnələrdən uzaq gəzən müğənni Samir Bağırov barəsində xoşagəlməz iddia yayılıb. Xəbərə müğənninin dostu və köməkçisi Samir Əliyev Lent.az-da açıqlama gətirib: “Samir Röya ilə duet oxumağa hazırlaşır. Ona məsləhət görüblər ki, Samirlə oxuma, səsi batıb, artıq oxuya bilmir. Röya da bizimlə bu məsələni bölüşdü. Mən bilirəm bu şayiə kim tərəfdən gəlib. Həmin şəxslər ən böyük dəstəyi Samirdən alıblar. Samir onlara görə xəstə-xəstə gecə studiyaya gəlib, qızdırma içində mahnı oxuyublar. Lakin bu jest onun barəsində xoşagəlməz iddiaya çevirilib”.

S.Əliyev Samirin səsində heç bir problem olmadığını təkrarlayıb.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar