Elarizin günaha batan həmkarları kimdir?
Müğənni Elariz Məmmədoğlu guya ağır xəstəliyə tutulması haqda dolaşan şayiələrdən ciddi narahatlıq keçirir. Müğənni Lent.az-a açıqlamasında bildirib ki, bu cür şayiələr özlərini ona rəqib sayan bəzi həmkarları tərəfindən yayılır: “Onlar yaydıqları bu şayiə ilə toy biznesimə xələl gətirmək istəyiblər. Bu günə qədər heç bir həmkarım deyə bilməz ki, məndən pislik görüb. Lakin kimlərsə fəaliyyətimə əngəl olmaq istəyirlər. Kim olduqlarını gözəl bilirəm. Sadəcə, bir söz demək istəyirəm ki, haqqımda söz-söhbət yaymaqla heç nəyə nail ola bilməyəcəklər. Əgər mənim toy biznesimə mane olmaq istəyirlərsə, qoy bir şeyi nəzərə alsınlar ki, hərənin öz qisməti var. Qoy həmin həmkarlarım günaha batmaqdansa, savab işlər görsünlər. Baxmayaraq ki, Ramazan ayıdır və toylar yoxdur, amma artıq sentyabr ayının sonundan başlayaraq, yetərincə toy sifarişləri almışam”
Müğənni yeni albom üzərində işləyidiyini də xəbər verir. Bu ilin sonlarında işıq üzü görməsi nəzərdə tutulan alboma bəstəkarlardan Ruhəngiz Qasımova, Elçin İmanov, Hatəm Nəbioğlu və başqalarına məxsus mahnılar daxil olacaq.
Hazırda Ramazan ayı münasibəti ilə oruc tutduğunu bildirən müğənni, ailəsi ilə birgə Nabranda dincəldiyini qeyd edib.
Leyla

615