Tünzalə Ağayeva caz-rok üslubunda!
25 avqust 2009 18:00 (UTC +04:00)

Tünzalə Ağayeva caz-rok üslubunda!

Əməkdar artist Tünzalə Ağayeva istirahətdən sonra yaradıcılıq işlərinə qayıdıb. Bu barədə müğənninin prodüsseri Yalçın Cabbarov məlumat verib: “Bilirsiniz ki, Tünzalə xanım böyük bir layihə üzərində çalışır. Bundan başqa o, hazirda iki mahnı hazırlayıb. Mahnılardan birinin sözləri Mirvarid Dilbaziyə, digəri Baba Vəziroğluna məxsusdur”.

Y.Cabbarov mahnılardan birinin “Ölkəm” layihəsi çərçivəsində hazırlandığını məlumat verib: “Gülüm” mahnısı caz-rok üslubundadır. “Görüşək” adlı mahnı isə pop musiqi janrındadır. Caz-rok üslubu onun yaradıcılığında yenilikdir”.

Qeyd edək ki, Tünzalə Ağayeva həmkarlarının bir neçəsindən mahnı sifarişi alsa, da işlərinin çoxluğundan təklifə müsbət cavab verə bilməyib. Müğənni bu müddətdə nəzərdə tutduğu duetləri təxirə salıb”.

Prodüsser albom işlərinin oktyabr ayında tamamlanma mərhələsində olacağını və yeni il ərəfəsində təqdim olunacağını da xəbər verib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar