Niyaməddin Musayev : “Xalq ruhundan başqa janrda olan nəğmələr yaşamır”
Xalq artisti Niyaməddin Musayev bayağı mahnılarla mübarizə aparan şəxslərə yönələn açıqlama verib: “Dövlət bizə bu fəxri adları elə-belə verib? Elə qərarı onlar versin də...”
Səsnətçi Lent.az-la fikirlərini bölüşüb.
Musayevin fikrincə, Azərbaycan musiqisinin ən sevilən janrı xalq mahnılarıdır:”Öz sözünü deyən insanlara toxunmaq olmaz axı! Bir var bəstəkarlar yazır, bir də var xalq folkloru- “Yallı”lardır, “Tərəkəmə”lərdir, bunları yazanlar konservatoriya bitirməyib”.
Niyaməddin Musayev qeyri-professional mahnı yazanların sırasında özünü görmür: “Mənə təziyq yoxdur. Bəziləri çıxıb deyir, Rəşid Behbudovun konsertinə gəlmirdilər, bizim konsertimizə gəlirdilər. Əşi, hər nəslin bir oxuyanı olur, üzə çıxır, indi biz deyək ki, gənclərin konsertinə niyə adamlar gəlir? Gəlir də, sevir, xalqla zarafat etmək olmaz. Elə əslində o mövzu yaxşı ki, müzakirə olunur. O mövzunu qoyub ki, bayağı mahnılar azalsın. Parametrlərə uyğun gələn mahnılara qulaq assalar, daha yaxşı olar”.
Müğənnini təkcə xalq ruhunda olan mahnıların sevildiyini və yadda qaldığını iddia edib: “Zövqlər müxtəlifdir, eləsi var yaxşıdır, insanlar çalışır ki, ruhu oxşayan bəstələrə qulaq assın. Bizim bəstəkarların nəğmələri gözəldir, xalq ruhunda olanlar daha sevilir və yadda qalır. Başqa janrda olan nəğmələr yaşamır. Dünyada birinci növbədə hər millətin folkloru göstəricidir”.
Lalə Yusifqızı

1175