“Gözəl səsim vardı, kaş gedib müğənni olaydım...” – MÜSAHİBƏ
Flora Xəlilzadə: “Qəzetin, kitabın elə bil ki, kitabı bağlanıb”
“Persona” rublikasında bu dəfə qonağımız Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalına, “Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz”, Azərbaycan Jurnalistlər Birliyinin “Həsənbəy Zərdabi”, KİV Həmkarlar İttifaqının “Qızıl qələm” və digər mükafatlara layq görülmüş, 12 kitab müəllifi olan tanınmış jurnalist publisist Flora Xəlilzadədir. 35 ildirn ki mətbuatda çalışan Flora xanımla müsahibəmizdə jurnalistika və ailə həyatı, tələbəlik illəri, arzular, xatirələr əsas mövzular oldu.
- Flora xanım, bir xanım, ana üçün jurnalistika sahəsində çalışmaq nə dərəcədə asan, nə dərəcədə çətindir?
- Həm jurnalist kimi çalışmaq, həm ailədə ana, ömür-gün yoldaşı olmaq, hər ikisində seçilmək, ləyaqətli olmaq bir qadın üçün çox çətin bir işdir. Amma mən sevinirəm ki, çox ürəyimcə olan bir ailəm, məni məndən artıq başa düşən, qiymətləndirən, arxa-dayaq olan ömür-gün dostum var. Mən Allahverdi müəllimə ən yaxın dostum deyirəm. Çünki vaxtilə mənim ilk oxucum olub, yazılarımı oxuyub düzəldirdi.
Mənim iki övladım var, oxuyub, ali təhsil alıblar. Onlara baxanda özümü görürəm. İki nəvəm var. Yəni ailəmdə özümü tapmışam. Ailəm də məndən narazı deyil.
…Hövsanda yaşayırdım. Gəlib-getmək gündə 4 saatımı aparırdı. Saat 9:00-da işdə olmalı idim, saat 8-ə işləmiş çıxırdım. Amma evimizdə xörək hazır olurdu, uşaqlar da korluq çəkmirdi. Bunu niyə deyirəm? İndi bəzi gəncləri görəndə dəhşətə gəlirəm…
Jurnalistikadaya gəlincə, bu sahədə nə qədər sözümü demişəm, deməmişəm, bunu yalnız yaradıcılığımı izləyən insan deyə bilər. Bir onu bilirəm ki, mən yazanda yüzlərin içərisində bir oxucunu nəzərdə tuturam ki, o, məni qınamasın. Sözü düz demək lazımdırsa, deyirəm, əks halda, deməməyə çalışıram. Çalışmışam ki, yalan danışmayım, sabahıma gor qazmayım, nəinki ailədə, sənətdə də övladlarıma ləkə gətirəcək bir addım atmayım.
Bir söz deyəcəm, xətirlərinə dəyməsin. Mənim Milli Məclisdə çoxlu qadın dostlarım var. Mən qadın millət vəkillərinin bəzilərinin fəaliyyəti ilə fəxr edirəm. Amma bəziləri də var ki, övladlarım onlara baxanda deyirlər ki, ana, nə yaxşı sən deputat deyilsən! Övladlarımdan mənə bundan böyük mükafat yoxdur.
- Yeri gəlmişkən, son parlament seçkilərində deputatlığa namizəd olmusunuz.
- Mən parlament seçkilərində namizədliyimi verdim. 10 gün sonra səhhətimdə problem yarandı, gördüm ki, təbliğat kampaniyasında iştirak edə bilməyəcəm, geri çəkildim. Həm də məndə şəkər xəstəliyi var. Amma imkan olsa, nə vaxtsa millət vəkili olmaq istərdim. Çünki sözümü demək üçün bir tirbuna lazımdır. Jurnalist də əslində deputatdır, xalq elçisidir. Sözümü qəzetdə deyirəm. Amma indi qəzet az oxunur, istədiyin oxuculara çatmır. Qəzetin, kitabın elə bil ki, kitabı bağlanıb. Amma Milli Məclis elədir ki, hamı baxır, iclasları televiziya verir. Yəni gərək sözünü, arzunu deməyə bir tirbuna, problemi söyləməyə bir yer olsun. Bu mənada millət vəkili olmaq istərdim. Başqa umacağım yoxdur. Mənim nə jurnalistikadan, nə də hansısa işdən bir təmənnam olmayıb.
- Övladlarınızdan jurnalist sənətini seçənlər var?
- Böyük oğlum Elnur Niftəliyev jurnalistdir. Bakı Dövlət Universitetində jurnalistika fakültəsində magistratura da oxuyub, indiiaspiranturadadır. ”Lider” telekanalında “Xəbərlər” proqramında çalışır. Kiçik oğlum isə rejisorluğu qurtarıb, bu il magistraturaya qəbul oldu.
Bir məqamı qeyd etmək istərdim. Tələbəlikdən teatr həvəskarı olmuşam. Mədəniyyəti, musiqini çox sevmişəm. Universitetin jurnalistika fakültəsində müəllimimiz Nurəddin Babayev bizi məcbur edirdi ki, teatra, konsertə gedək və resenziyalar yazaq. Yazmasaq, deyirdi ki, sizdən jurnalist olmaz. Bu isə məndə elə dərin kök saldı ki, uşaqlarım teatrda, sənət içərisində böyüdülər. Ona görə də bu sahəyə gəldilər. Mən onların jurnalistikaya gəlmələrini, yaradıcılığın ağır əzablarını çiyinlərinə çəkmələrini istərdim? Yox! Görünür ki, evimizdəki ab-hava buna zəmin yaratdı. Ömür-gün yoldaşım da tarixçidir, amma uzun illər “Qlavlit” adlanan idarədə işləyib. O da maraqlıdır ki, yoldaşım erməni dilində təhsil alıb. Erməni dilini, hətta qədim erməni dilini çox yaxşı bilir. O, erməni dilli qəzetləri oxuyurdu. Çalışırdı ki, erməni dilində çıxan qəzetlərdə millətimiz əleyhinə heç nə getməsin.
Yadımdadır, 1986-87-ci illərdə, Zori Balayanın kitabının çıxmasından hələ çox qabaq ermənicə kitabları, qəzetləri oxuyaraq Ermənistanda Azərbaycan əleyhinə təbliğatın aparıldığını, müharibəyə hazırlaşdıqlarını üzə çıxarmışdı. Həmin vaxt Azərbaycana Kamran Bağırov rəhbərlik edirdi. Yoldaşım həmin məlumatları Mərkəzi Komitəyə təqdim etdi. Mərkəzi Komitədə onun yazdıqlarına, xəbərdarlıqlarına məhəl qoymayıblar. Halbuki o, bir ziyalı kimi xəbərdarlıq edirdi.
Yəni ailəmiz söz adamları olub. Həzrət Əli deyir ki, insanın iki qiymətli neməti var. Bu nemətlərdən biri ağıl, digəri sözdür. Ağıl insanın özü, söz millət üçündür.
- Bəs Flora xanım necə bir ailədə, hansı mühitdə böyüyüb, yaradıcılığa meyli nədən qaynaqlanıb?
- Mən Qərbi Azərbaycanın Zəngəzur mahalının qədim alban məbədləriylə zəngin Urud kəndində, sadə ailədə böyümüşəm. Körpəliyimdən evimizdə iki mənəviyyat işığı yanıb. Biri Məmməd Arazın, biri də Qulu Xəlilovun işığı olub. Məmməd Araz bibim oğludur, mən onun dayısı qızıyam. Qulu Xəlilov da yaxın qohumumuzdur. Bu iki mənəviyyat işığında mən jurnalistikaya gəlmişəm. Atav və anam sadə insanlar olub. Atam yaradıcı insan olmayıb. Anam isə evdar qadın olub. Ancaq anamın daxili aləmi o qədər zəngin idi ki, bu gün də mən anamın sitatlarıyla, danışdıqlarıyla hərəkət edirəm. Böyük bacım isə kəndimizin ilk ali təhsil almış qadınlarından olub. Bacım Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini qiyabi qurtarmışdı, kəndimizdə kitabxanada işləyirdi. Mənim də kitab oxumaqdan gözlərimə su gəlmişdi. İcazə vermirdilər ki, dərslikdən başqa bədii ədəbiyyat oxuyum. Həyatda oğurluğa nifrət edirəm, amma uşaq vaxtı kitab oğurlayırdım. Bacım günortalar yatırdı, açarı götürüb kitabxanaya qaçırdım. Kitabxananı açıb, istədiyim kitabları götürürdüm. Bu kitablara da üz çəkib, üzərinə “Həndəsə”, “Ədəbiyyat”, “Təbiyyət” sözlərini yazırdım ki, dərs oxuduğumu düşünsünlər. Uşaqlıq illərində bədii ədəbiyyatı o qədər dərin oxumuşdum ki, ali məktəb illərində xarici ədəbiyyat, bədii ədəbiyyat oxumağa heç ehtiyacım olmadı. Bir nağıl da oxumamışam, amma bütün nağılları bilirəm, anam danışıb. Mən 4-cü sinifdə Viktor Hüqonun “Dahi”sini, “Mehman”ı oxumuşam. İndi... Dünən baxıram, cavan oğlandı, işğal olunmuş rayonların adını saya bilmədi. 18-20 yaşı vardı, işğal olunmuş rayonlar sırasında Beyləqan, Ağcabədi adlarını çəkdi. Dünyam dəyişdi.
- Belə başa düşmək olar ki, böyüdüyünüz ailədə elə də çətinliklərlə rastlaşmamısınız?
- Yox, kənd yerində çətinliklərimiz olub. Amma ailə elə qurulmuşdu ki, oxumağa, təhsilə marağımız olub. Anam işi elə qurub başa çatdırırdı ki, biz nəyin yerində, nəyin yerində olmadığını, nədən çətinliyimiz olub-olmadığını bilmirdik. Ağlım kəsəndə dərk etmişəm ki, əslində biz çox çətinliklərlə böyümüşük. İndi fikirləşirəm, uşaqlarımı bu yaşımda da əl telefonu ilə idarə edirəm. Hara getdiniz, hardan gəldiniz, niyə gec gəldiniz… Biri ailə sahibi, biri də cavan oğlandır. Amma 600-800 kilometr yol idi, qızı buraxmışdılar ki, get, qəbul imtahanı ver, ali məktəbə daxil ol və qalıb oxu. İnama bax! İndiki dövrdə heç oğlan uşağını gözündən buraxmaq olmur, dövr çox qəribədir. Mənə oxu deməyiblər, özüm dərk etmişəm ki, oxumalıyam. Mən özüm dərk etmişəm ki, sinifdə seçilməliyəm. Orta məktəbimizdə məktəb radiosu vardı. 9-10-cu sinifdə oxuyurduq, radioda deyiləndə ki, beşlərin sayına görə birinci yerdə mənəm, sevinirdim. Ali məktəbdə birinci, ikinci kursda əlaçı olmamışam, bir “3”, iki “4” almışam. Amma 3-cü kursdan sonra axıra qədər əlaçı olmuşam. Fikirləşirdim ki, fərqlənməliyəm, həmişə yaxşı mənada seçilmək arzum olub.
- Tələbəlik illəriniz nələrlə yadda qalıb?
- Tələbəlik illəri ilə bağlı şəxsi məsələləri danışmayacam. Ancaq onu deyə bilərəm ki, gözəl müəllimlərim olub. Əzizə Cəfərzadəni, Qulu Xəlilovu, Famil Mehdini, Nurəddin Babayevi, Nəriman Zeynalovu tez-tez xatırlayıram.
Tələbəlik illərimdə bir maraqlı hadisə də heç vaxt yadımdan çıxmır. Müəllimlərin birinin dərsi çox yorucu idi, dərsdə Qulu Xəlilovun tənqidi məqalələrini oxuyurdum. Müəllim yanımdan keçəndə dedi ki, müsəlman qızı belədir, dərsdə roman oxuyar. Dedim ki, roman oxumuram, dərsiniz o qədər yorucudur ki, Qulu müəllimin məqalələrini oxuyuram. Müəllim bunu yadında saxladı. Dövlət imtahanında 4 nəfər müəllim oturmuşdu. Yaxşı hazırlaşmışam, bilet çəkib danışıram, deyir ki, “4”düşür. Mən də “5”ə hazırlaşmışdım, dedim ki, hansı bileti istəyirsiniz, çəkib danışım. Üç bilet çəkib danışmışdım. Yenə də həmin müəllim razılaşmır, o birisi müəllimlər də onunla mübahisə etməyə başlamışdılar. Mənə dedilər ki, axırınıcı dəfə də bir bilet çək, danışacaqsansa, “5” alacaqsan. Bileti çəkdim, birinci sualdan xəbərim yoxdur. Fikirləşdim ki, nə edim! Bileti yerə qoydum, dedim ki, nə danışsam, onsuz da siz mənə “4” verəcəksiniz. Yaxşısı budur ki, “2” yazın. Çölə çıxdım. Qiymətlər elan ediləndə mənə məlum oldu ki, “5” yazıblar.
- Az əvvəl Məmməd Arazla bağlı bir kəlmə dediniz. Ümumiyyətlə, Məmməd Arazı necə xatırlayırsınız?
- O dövrün şairlərinin hamısı nə yazıblarsa, yaxşıdır. Dövrün tələbiylə hərəkət edən də olub. Lakin istedadlı olublar, yaradıcılıqlarında sənət çox yüksək səviyyədədir. Amma Məmməd Araz bütün həmkarlarının içərisindən bir ox kimi sıyrılıb, elə bir ucalığın yaxalığında addımlayıb ki, orada tək olub. Orta məktəb illərində Məmməd Arazı əqrabam, doğmam, əzizim kimi, bir mənəviyyat işığı kimi görürdüm. Orta məktəb illərində şair kimi Bəxtiyar Vahabzadəni çox sevirdim. Bütün poeziyasını bilirdim. Məmməd Arazı Bakıda oxuyub dərk etdim. Əgər əvvəllər qohum kimi onu sevirdimsə, Bakıda tələbə kimi onun şerlərini oxuyub bir şair kimi dərk etdim. İnciməsinlər, Məmməd Arazın yanında heç kim dayanmır, o, yeganə bir zirvədir. Silsilə dağlarımız çoxdur, amma o silsilənin içərisindəki ucalıqda mən yalnız Məmməd Arazı görürəm. Bu, əqrabalıqdan deyil, bir şair kimi onun yaradıcılığından gəlir. Ən ağrıyan çağında da soruşsan ki, necəsən, Məmməd Araz yaxşı olduğunu söyləyirdi. Çünki içi işıqla, yaxşılıqla dolu idi.
- Maraqlıdır, jurnalist, publisist Flora xanımın ailəsi sevgi üzərində qurulub, yoxsa…
- Nənəyəm, bu yaşımda ilk sevgidən danışmaq qəribə olardı. Mən nəvələrim Gülnuru, Gülcanı bağrıma basanda, deyirəm ki, dünyada bundan böyük sevinc, səadət, mükafat yoxdur. Çünki heç bir ağrıkəsici mənə elə müsbət təsir etmir, müsbət emosiyalar vermir.
Mən həyat yoldaşımla eyni orta məktəbdə oxumuşam. O, erməni, mən Azərbaycan sektorunda oxuyurdum. Erməni sektorunda iki azərbaycanlı oğlan oxuyurdu. Biz həmişə yığışıb pəncərədən o oğlanlara baxırdıq ki, ermənilərin isçərisində erməni dilində necə oxuyurlar. Qonşu kənddəki beynəlmiləl məktəbdə oxuyurduq, bu iki oğlanın kəndlərində azərbaycanlı ailə az olduğu üçün məcburən erməni dilində məktəbə qoyublar. Onlara maraqla baxırdıq, amma ağlıma gəlməzdi ki, illərin birində erməni sektorunda oxuduqlarına görə maraqla baxdığımız oğlanların biri mənim həyat dostum olacaq. Təklif edəndə də çox böyük məmnuniyyətlə qəbul etdim. Bu təklifi ağılla, şüurla qəbul etdim ki, biz bu yükü bir yerdə çəkə, apara bilərik. Mən arzulayıram ki, oğlanlarım ataları kimi olsunlar, analarını o cür sevə bilsinlər, balaları üçün o cür yansınlar, millət üçün o cür düşünə bilsinlər, geniş dünyagörüşünə, yumşaq təbiətə malik olsunlar.
- Həyatda arzunuzu da bilmək maraqlı olardı.
- Mənim heç kəsdən umacağm yoxdur. Bir az mənzil sarıdan çətinliyimiz var. Oğlum, iki qızı, ailəsi, digər oğlum, həyat yoldaşım, o cümlədən rəhmətə gedən bacımın qızı bir mənzildə qalırıq. Bu problem məni sıxır. Çox sıxır, heç ağlıma da gəlməzdi ki, bu problem məni bu qədər sıxar.
Səbəb də odur ki, jurnalist nə qazanır ki, ev tikdirsin, ya da təzə binalarda mənzil alsın. Bu, junalistlər üçün əlçatmaz arzudur. Bu, məni çox sıxır, yolunu fikirləşib tapa bilmirəm ki, neyləmək olar. Hərdən fikirləşirəm ki, gözəl səsim vardı, kaş gedib müğənni olaydım...
Ramiz Mikayıloğlu

948