İlhamə Quliyeva: “Xəstə olanda insan nə qədər dəyərli olduğunu hiss edir”- EKSKLÜZİV
24 avqust 2009 12:00 (UTC +04:00)

İlhamə Quliyeva: “Xəstə olanda insan nə qədər dəyərli olduğunu hiss edir”- EKSKLÜZİV

Xalq artisti İlhamə Quliyeva əməliyyatdan sonra özünü normal hiss edir. Müğənni hazırki sağlıq durumu ilə bağlı Lent.az-a eksklüziv açıqlamasında xəbər verib: “İndi özümü daha yaxşı hiss edirəm. Bir ay reabilitasiya olunmalıyam. Burada mənə yaxşı baxırlar. Şərait olduqca yaxşıdır”.

Müğənni dostlarının və həmkarlarının onu yalqız buraxmadığını deyib: “Gəlib-gedən çoxdur, dincələ bilmirəm. Xəstəxanaya ilk getdiyim gün yanımda Faiq Ağayev oldu. Xəstə olanda insan nə qədər dəyərli olduğunu hiss edir. Bəzi yanıma gələnləri hətta həkim paltaya keçməyinə icazə vermir. Çünki dincəlməliyəm”.

Yaxın günlərlərdə telelayihə ilə tamaşaçı qarşısında çıxması gözlənilən İlhamə Quliyeva bir ay müddətində ancaq dincələcəyini və müalicə olunacağını deyib: “Hələlik yalnız sağlamlığımı fikirləşirəm. Verilişin artiq müəyyən çəkilişləri baş tutmuşdu, sağalıb davam etdirməyi fikirləşirəm”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar