Türkiyə müğənnisi Röyanın adına mahnı oxuyacaq
21 avqust 2009 18:00 (UTC +04:00)

Türkiyə müğənnisi Röyanın adına mahnı oxuyacaq

Müğənni Ramal “Röyayam” mahnısını türk müğənnisinə hədiyyə edib

Müğənni Ramal “Röyayam” mahnısını türkiyəli müğənniyə hədiyyə edib. Bu barədə açıqlamanı mahnının müəllifi Ramal Yaquboğlu Lent.az-a açıqlayıb: “Bir neçə müddət əvvəl türk müğənnilərindən biri Bakıya gəldi. “Röyayam” mahnısını dinlədiyini və oxumaq istədiyini dedi. Bu, Türkiyədə yeni populyarlaşan müğənnilərdən biridir. Mahnını o ifaçıya verməyim üçün Azərbaycanın nüfuzlu radiolarından birinin rəhbərliyi də bu barədə mənə müraciət etdi, düşünmədən razılıq verdim”.

Ramal mahnını həmin müğənniyə hədiyyə etdiyini açıqlayıb: “Bu dəfə də qonorar tələb etmədən hədiyyə etdim. Qarşı tərəf hələik adını gizli saxlamaq fikrindədir. Lakin məlumat üçün deyim ki, bu, kişi müğənnisidir”.

Ramal əvvəl Röyanın ifasında səslənən mahnı üçün məsləhətə ehtiyac görmədiyini bildirib: “Mahnı mənimdir, kimə istəsəm, ona da verərəm. Mən bu mahnı üçün Röyadan pul almamışam”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar