Müğənni Zamiq konsertinə sürpriz hazırlayır
20 avqust 2009 19:00 (UTC +04:00)

Müğənni Zamiq konsertinə sürpriz hazırlayır

O, yeni duet ortağını təqdim edəcək


Müğənni Zamiq Yaşıl Teatrda verəcəyi ilk solo konsertində tamaşaçılar üçün sürpriz olan duet ortağını təqdim edəck. Bu barədə xəbəri müğənni Lent.az-a açıqlamasında bildirib: “Konsertimdə məni sevənlər bilmədikləri bir çox qabiliyyətlərimə şahid olacaqlar. Tamaşaçılar ən yeni mahnıları, bu günədək oxuduğum hitləri canlı eşidə biləcəklər”.

Zamiq konsertində peşəkar rəqs qrupları ilə birlikdə çıxış edəcəyini açıqlayıb. Müğənni səhnədə tək olmayacağını, xanim həmkarları və duet ortaqları kimi tanınan – Natəvan Həbibi, Sevda Yəhyayeva ilə birlikdə çıxış edəcəyini də xəbər verib.

Həmin gün Zamiqin tamaşaçılara başqa bir sürprizi də var. Bu dəfə o, sürpriz duet ortağı ilə də görünəcək.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 999

Oxşar yazılar