Rüstəm Zeynallı Aygün Kazımova və Brilliant Dadaşovanı seçib
20 avqust 2009 16:30 (UTC +04:00)

Rüstəm Zeynallı Aygün Kazımova və Brilliant Dadaşovanı seçib

Keçmiş “Şeron”çu Rüstəm Zeynallı bir neçə yeni layihə üzərində çalışır. Lent.az-ın məlumatına görə, o, bədii filmə çəkilib. Səttar Bəhlulzadənin həyatından bəhs edən filmdə müğənni rəssamın dostu Toğrul Nərimanbəyovun obrazını canladırıb. Müğənninin aktyorluq bacarığını rejissor Ələkbər Muradov bəyənib və bu işin öhdəsindən uğurla gəldiyini söyləyib.

“Sonuncu dərviş” adlanan sözügedən filmdə şou-biznes nümayəndələrindən yalnız Rüstəm çəkilib.

Rüstəm Zeynallı bununla yanaşı ifaçılığını və bəstəkarlıq fəaliyyətini də davam etdirir. Mahnılardan birini xalq artisti Brilliant Dadaşova, digərini isə Aygün Kazımova ifa edib. Sözləri Cəlal Qurbanova məxsus mahnılardan biri “Apar məni”, digəri isə “Kaş ki” adlanır.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar