Məşhurların baş gicəlləndirən sərvətləri - SİYAHI
15 avqust 2009 19:30 (UTC +04:00)

Məşhurların baş gicəlləndirən sərvətləri - SİYAHI

Otellər, telekanallar, kəndlər, fabriklər, onlarla villalar...

Türkiyənin “internethaber” saytı ölkənin tanınmış şou-biznes nümayəndələrinin varidatını açıqlayıb.

Lent.az-ın “internethaber”ə istinadən yaydığı xəbərə görə, müğənni İbrahim Tatlısəsin Seyrantəpədə 1 sexi və 120 nəfərin çalışdığı fabriki, 1 mağazası, 1 yeməkxanası, Cəvahir Ticarət Mərkəzində 1 mağazası, 1 gözəllik salonu, Bodrumda 1 oteli, 1 gecə klubu, 1 villası, Kuşadasında 1 oteli, Zekeriyaköydə 1 villası, Leventdə 1 villası, Almaniyanın Hamburq şəhərində yoqurd, ayran və pendir fabriki var.

Bundan əlavə, “Tatlıses TV ”, Adanada 1 telekanal, 1 yarış atı, 2 “Mersedes” və 1 “Cip” markalı minik avtomobili də mülkiyyəti sırasındadır. Bankdakı nəğd pul kütləsinin miqdarı bilinmir.

Müğənni Bülənd Ərsoyun Marmarisdə 1 kəndi, 1 villası, 1 yanacaqdoldurma məntəqəsi, 5 tikinti texnikası, Bodrumda 1 villası, Antalyada 1 mənzili, İstanbulda 1 mənzili, İstanbulda Fənərbaxça məhəlləsində 1 saunası, 700 min türk lirəsi dəyərində zinət əşyası, 1 “Mersedes” markalı minik avtomobili var.

Müğənni Fərdi Tayfurun Adanada 50 mənzili, İstanbulda 6 villası, Sarıyerdə 1 mənzili, Tarabyada 1 mənzili və dördmərtəbəli 1 villası, Marmarisdə 1 yarımadası və 1 yanacaqdoldurma məntəqəsi var. 2003-cü il istehsalı olan 1 “Suzuki” və 1 “Hyunday” marakalı minik avtomobili də öz yerində.

Teleaparıcı və aktyor Cem Yılmazın Leventdə 1 villası, bu il 1 milyon dollara aldığı yaxtası, Çeşmədə 1 villası və 1 yanacaqdoldurma məntəqəsi, 300 min avro dəyərində 2005-ci il istehsalı 1 “Bentley” avtomobili, hər birinin dəyəri 1 milyon türk lirəsi olan 3 “Porsche” avtomobili, 652 min dollarlıq 1 “Sidewalk”, 3 “Maxi Scooter” motoskleti var.

Müğənni Hülya Avşarın varidatına Sarıyerdə 1 bağ evi, Ayvalıqda 1 villa, 1 zeytun yağı fabriki, Trabyada 1 mənzil, Rivada böyük torpaq sahəsi, Etilerdə 1 mənzil, Londonda 1 mənzil, 2 “Cip” və bankda böyük miqdarda nəğd pul daxildir.

Müğənni Sibel Canın İstanbulda 50 mənzili, Leventdə 1 villası, Bodrumda 2 villası, ABŞ-ın Mayami şəhərində 1 villası, 1 yarış atı, 1 “Cip”i, bankda nəğd pulu mövcuddur.

Müğənni Orxan Gəncəbayın Baltlimanda 1 bağ evi, Etilerdə 2 mənzili və 1 villası, Bodrumda 1 villası, Unkapanda 1 ofisi, 1 “Mersedes”, 1 “ Suzuki” minik avtomobili və bankda nəğd pulu var.

Müğənni Emel Sayına Demirçiköydə 1 villa, Datçada bir bağ evi, Nişantaşda 1 mağaza, bankda nəğd pul məxsusdur.

Müğənni Müslüm Gürses Bakırköydə 1 mənzilə, Beylikdüzündə 150 kvadratmetrik 2 mənzilə, Şişlidə 1 mənzilə, bankda 350 min türk lirəsi və 300 min avroya, 2005-ci il istehsalı “ Passat” minik avtomobilinə sahibdir.

Məşhur müğənni Tarkanın Beykoz Öğümcə kəndində bir ferması, Tarabyada 2,1 milyon türk lirəsi dəyərində 1 villası, Arnavutköydə 1 tarixi binası, ABŞ-ın Nyu-York ştatının Manhetten şəhərində 4 milyon dollar dəyərində mənzili, Los-Ancelsdə səsyazma studiyası, 2 “Cip” minik avtomobili var.

Müğənni Sezen Aksu Sarıyerdə 1 villaya, Kanılcada 1 villaya, Bodrumda 1 villaya, Ankarada 1 mənzilə, İzmirdə 2 mənzilə, 2 ata, 1 “Cip”ə, 2 markalı minik avtomobilinə yiyələnib, bankdakı hesabına nağd pul da qoyub.
Aktrisa Türkan Şoray Etiler-Boğazda 1 villa, Beşiktaşda 1 sex və 2003-cü il istehsalı olan bir minik avtomobiliylə kifayətlənib.
Müğənni Gülbən Ərgənin 50 taksisi, Feneryolunda 1 mənzili, Antalyada 2 mənzili, Zekeriyaköydə 1 villasısı var.
Müğənni Kayahan Acarda 1 villaya, Gömeçdə 1 villaya, Etilerdə 1 mənzilə, 1 “Cip” və 1 minik avtomobilinə, bankda nağd pula malikdir.

Müğənni Tuğba Özay Antalyada 13 hektar torpaq ərazisinə, İstanbulda 1 villaya və 1 “Cip”ə yiyələnib.

Müğənni Dəniz Akkaya Belekdə 1 mənzil və 1 “Audi 07”-i alıb.

Müğənni Çağla Şikel Ulusda 1 ev, 1 “Range Rover” və banka nağd pul qyomaqla kifayətlənməli olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467

Oxşar yazılar