Prodüsser: “Zamiq bir dəfə məni bir qızla tanış etdi...” - MÜSAHİBƏ
Layihə: Yaxın adam
- Zamiqlə işbirliyindən əvvəl şəxsi tanışlğınız vardı?
- Şəxsi tanışlığım olmayıb, elə müğənni kimi tanımışam. Artıq 7 aydır ki, bir yerdə işləyirik. Ondan əvvəl şou-biznesdən uzaqlaşıb, öz işimi qurmuşdum. Bir dəfə gecə saatları idi, məndən soruşdu ki, yenidən şou-biznesə qayıdıb işləyərsən? Əvvəlcədən bir-birimizlə müəyyən şərt kəsdik.
- Bildiyim qədər, başqa müğənnilərlə də işləyirsən. Bu Zamiqi narahat edir?
- Yox, mən özünə də demişdim ki, əlavə işlərim var. İş baxımından əvvəlcədən müəyyən razılğa gəldik, mənim fikirlərimi yaxşı qarşıladı. Bircə onu dedi ki, əvvəl mənim işim, sonra başqa işlər... Etiraz edə də bilərdi, lakin etmədi. Mənim öz maraqlarım da var. Bəlkə də biz onunla bir-birimizi tamamlayırıq. Şou-biznesdəki yalanı ikimiz də sevmirik. Zamiq üçün “sən öl” sözü çox vacibdir. O, “sən öl” sözü ilə yetmiş illik dostundan da ayrılar. Bir yerdə böyüdüyü dostu ilə ayrılar. Mən isə “sən öl” vurmağı xoşlamıram. Qarşımdakı insana hörmət edirəmsə, onu “sən öl” vurub qarşımda öldürmək fikrim yoxdur.
- Belə çıxır ki, o qədər də kaprizli, qısqanc adam deyil.
- Yox, qisqancliq hamıda, elə Zamiqdə də var. Mən ondan yaşca böyük olduğuma görə, mənə hörmətlə yanaşır.
- Günün neçə hissəsini birlikdə keçirirsiniz?
- Çox hissəsini. Səhər tezdən onun fikirlərini öyrənməyi xoşlayıram. Səhər tezdən işi varsa, dəqiqdir, yarım saat əvvəldən hazır olur. Bəzən olur ki, evində olduğu halda onu tapa bilmirəm. Ətrafında işləyən komandadan bir nəfərlə bir yerdə olubsa, gecə onunla sağollaşıb ayrılıbsa, o artıq Zamiqin gecə harada qaldığını bilir. Cavan oğlandı da...
- Tez-tez evdə qalmır?
- Mən onunla pərdə saxlamağı sevirəm. Çalışıram ki, işi olduğu vaxt onunla bir yerdə olum. Əgər işimiz yoxdursa, o dostları ilə əylənirsə, artıq sağollaşıb öz işimlə məşğul oluram.
- Zamiqə görə gələn zənglərin çoxunu sən qəbul edirsən, gün ərzində ona neçə nəfər zəng vurur, məhəbbət ismarıcları yollayır?
- Gün ərzində 60-a yaxın SMS alıram. Əvvəllər mənə elə gəlirdi ki, Röyadan böyük fanat kütləsi olan yoxdur. Lakin Zamiqə gələn SMS-lərdən sonra öz-özümə sual verdim ki, müğənnini bu dərəcədə sevərlər?
- Yəqin onların əksəriyyəti sevgi ismarıclarıdır?
- Hə, SMS-lərin çoxu qızlar tərəfindən göndərilib. Əvvəllər Zamiq deyirdi mənim adımdan ismarıclara cavab ver. Cavab verdikcə gördüm ismarıcların sayı çoxalıb birə-iki artdı. “Qurban olum, məni onunla calaşdırın”...
- Sənə bunun üçün rüşvət təklif etmirlər?
- Hə, ediblər. Bir qız var idi, dəfələrlə “özümü öldürəcəm” deyə zəng vurdu. Mən, açığı, qorxurdum. Gecə saat 2-də məcbur olub onunla danışırdım. “Qızım”, “anam”, “bacım” deyirdim. Yola verirdim, təki belə düşünməsin. Hamı bilir ki, Zamiqin pərəstişkarları 18 yaşından kiçik kütlədir. 18 yaşından böyük pərəstişkar kütləsi yaxın vaxtlarda yaranıb.
Ona görə mən çox çəkinirdim. Qız o dərəcədə israrla danışırdı ki, qorxurdum, Zamıq özü bu etirafları eşitsə, elə o qıza deyər, razıyam, gəl, birlikdə yaşayaq. Hərdənbir təsəvvür edirdim ki, bu sözlər mənə ünvanlansa nə xoş olardı. (Gülür)
- Zamiqin ən böyük, yaddaqalan məhəbbət olub, var?
- Tanışlığımızın yeddinci ayı olsa da, mənə elə gəlir ki, içi sevgi ilə doludur, amma hələ öz məhəbbətini tapmayıb. Ola bilsin, onu sevənlər çox olduğu üçün seçim etməkdə çətinlik çəkir, gəncdir.
- Məşhur olduğu üçün fanat kütləsi də çoxdur, necə ola bilər ki, bu qədər sevgidən “yararlanmır”?
- Yararlana bilməz, çünki tanınmışdır. Xoşuna gələn insan ola bilər, yararlanmaq çətindir. Azərbaycan balaca bir ölkədir, belə məlumatlar tez yayıla bilər. Bəzən olmayan xəbərlər belə təqdim oluna bilir. Zamiqi bir oğlanla görəndə başqa cür qələmə verib yazanlar da olub. Hətta mənim barəmdə də deyə bilərlər ki, aha, bir yerdə işləyirlər... Fikirlər çoxdur da, insanlar nə gəldi, düşünə bilər...
Lakin tam səmimi deyim, Zamiqdə qətiyyən kimdənsə, nə isə məqsədlə yararlanmaq kimi xasiyyət yoxdur.
- Onu necə qızlar cəlb edə bilir?
- Xarakter olaraq deyə bilərəm - düzgün, yalanı sevməyən, dürüst qızlar. Qarşısındakını müğənni kimi yox, insan olaraq sevən bir qız, ona müğənni kimi yox, Zamiq kimi baxan insanı sevə bilər. O, özünə müğənni kimi yox, əsl Zamiq kimi baxan insandır.
- Mənfi xüsusuyyətləri çoxdur?
- Hər xırda bir şeyi böyüdə, sonra ondan peşman ola bilər. Peşmançılıq yaxşı hissdir, amma bir anlıq elə qəlbinə toxuna bilər, o insan sonra peşman da olsa, barışmaya bilər. Mənə elə gəlir ki, tez özündən çıxandı . Bu da yəqin ki, gəncliyi, çılğınlığı ilə bağlıdır.
- Aranızda mübahisə olub?
- Mən onunla işləmədən öncə məlumat aldım. Mənə tam fərqli bir Zamiq - söz dinləməyən, fərqli, kaprizli bir insan dedilər. Lakin işlədiyim bir aydan sonra gördüm ki, o mənə çox qulaq asır, dinləyir. Məsləhətimi dinləyir. Kənarda da analiz edə bilir. Mən ona şərait yaratmıram.
Mənə elə gəlir ki, bir dəfə mübahisəm olub. Mən ona yalan danışmışdım. O yalan üzə çıxdı. İki gün ərzində Azərbaycandan kənara getməli idim. Dedim, başqa işlə bağlı gedirəm, bunu da onu incitməmək üçün demişdim. Üzə çıxanda dedi ki, bunun işimə aidiyyəti yoxdur, əgər mənim işimə mane olmursansa, sən öz işini görə bilərsən, bundan ötrü yalan danışmağa dəyməz. Sonradan bidim ki, onunla dürüst olmaq yetərlidir.
- Onun etibar etdiyi insan kimdir?
- Bilmirəm... dostu var, yəqin ki. Ola bilsin, sırf etibar etdiyi insan yoxdur. Bəlkə də insanlara qarşı inamını doğrulda bilməyib, gizli insandır. 7 ayda onu tam Zamiq kimi 50-60 faiz tanımışam. 100 faizlik özünü həm xalqa, həm dostlarına tanıda bilər. Yalançı həyatda yaşadığı üçün ola bilsin ki, heç kimə inanmır.
Bilirsən, insanlar var ki, çox şeyi bacarır, onun bir faizini göstərir. İnsanlar onu zəif insan kimi tanıyır. Zamiq özünü tam olduğu kimi təqdim edə bilməyib.
- Sərbəst insan deyil?
- Sərbəstdir, ola bilsin, çəkingəndir, qapalidir. Bəlkə də inandığı adam yoxdur, ona görə də açılmır. Dəfələrlə dost kimi dərdləşəndə istəmişəm ki, dərdini, sıxıntılarını üzə çıxarsın, üryəini boşaltdığın insana inam artır.
- Onun həyatının mənası nədir?
- Pulu sevən, həyatda pula bağlı insan deyil, ona əminəm. Sənətdə elə insanlar var ki, yaxşı pul qazanır, evi-eşiyi yoxdur. Lüks həyata dəyər verən deyil. Mənimlə işləyəndə fikri yox idi ki, maşını dəyişsin, ailəsinə xərcləməyi sevir, çox ailəcanlıdır. O baxımdan, bu insana çox dəyər verirəm.
Kefinə də xərcləyir, ama sırf pul uğruna yaşamır, ailəsinə və dostlarına da xərcləyir.
Yola verən insandır, kimini kobudcasına yola verir, kimini də yaxşılıqla. Kimini də şirinliklə, insanlıqla yola verir. Haqqında çıxan dedi-qodulardan, yazılardan hirslənmir. Mən haqsızlığa dözmürəm, ondan çox bu yazılara etiraz edirəm. O məni sakitləşdirir, deyir, niyə belə edirsən, rahat ol, lazım olan vaxt sözümüzü deyərik.
- Ailəsinin fikri ilə hesablaşır?
- İnanmıram ki, elə oğlandır. Çünki oğlan pul qazandısa, ailəsinə dəstək oldusa, çətin evdəkilərin düşüncəsindən asılı ola. Evində də elə düstur yoxdu. Elə olmasaydı, indiyə qədər subay qalmazdı.
- Xasiyyətcə bacı-qardaşlarından fərqlənir?
- Qardaşı ilə o qədər tanış olmasam da, azacıq ünsiyyətim olub və görmüşəm ki, ayrı-ayrı insanlardırlar. O, daha çox özünü və zamanı düşünür. Zamiq isə ailəcanlıdır. Bu, mənim öz fikrimdir.
- Səni sevdiyi qızlarla tanış edib?
- O, mənimlə çox pərdə saxlayır. Açıq deyim: bir dəfə görmüşəm. O da ki, sadəcə tanış edib. Bu filankəsdir, bu da Rizvan...
- Necə qız idi?
- Yəqin ki, zövqlə və stillə geyinən Zamiqin bəyəndiyi qız da özü kimi olar.
- Gözəl idi?
- Pis deyildi. İlk görünüşdə xoş təəssürat yaratdı. Oturuşunu-duruşunu bilən, biz danışanda susan qız idi.
- Münasibətləri indi də davam edir?
- İnanmıram, davam etsin. Zamanında yəqin ki, münasibəti sonlandırıb.
- Nəyə çox pul xərcləyir?
- Ən çox paltara pul verir. Bir dəfə Türkiyədə mağazaya girib özü də bilmədən 50-dən yuxarı köynək alıb gətirmişdi. Həm gəncdir, həm müğənnidir.
- Sənət dostlarına borc pul verib?
- Kənardan insanlara çox borc pul verirsə, yəqin sənət dostlarına da borc verir.
- Nə qədər pul alırsan?
- Mən onun qazancının 10 faizini əldə edirəm.
- Az deyil?
- Aza qane olmaq lazmdar, çoxa da şükür.
Leyla

1577