Telman İsmayılovdan heyrətamiz jest
13 avqust 2009 17:30 (UTC +04:00)

Telman İsmayılovdan heyrətamiz jest

Azərbaycanlı iş adamı Telman İsmayılov Türkiyənin tanınmış müğənnilərindən və köşə yazarlarından olan Zülfi Livanelini xeyli təəccübləndirib.

Lent.az xəbər verir ki, ötən cümə günü müğənninin İstanbuldakı Hərbiyə Açıq Hava Teatrında konserti təşkil olunub. Sənətçi konsertinə Antalyada yaşayan iş adamını da dəvət edib. Telman İsmayılovun konsertdən əvvəlki jesti sənətçini o qədər təəccübləndirib ki, o, köşə yazısında mövzuya toxunub.

Livaneli İsmayılovun nəzakətli davranışından çox təsirlənib. Sənətçi köşə yazısına “çox maraqlı bir təcrübə yaşadım və bunu gizlətməyə haqqım olmadığını düşündüm” sözləri ilə başlayıb. Livaneli daha sonra yazır: “Antalyadan oğlu ilə birlikdə yola düşüb, hava limanına gedərək xüsusi təyyarəsinə miniblər və 1 saat sonra İstanbula çatıblar. İstanbuldakı hava limanından konsertin keçirildiyi yerə tam 2 saata gəliblər. Axşamüstü səhnədə sonuncu məşqlərimi edərkən baxdım ki, İsmayılov qarşımda durub. Onun konsertə vaxtından tez gəldiyini düşündüm, amma vəziyyət tamam başqa cür imiş”.

Sənətçi iş adamının gəlişinin səbəbini öyrənəndə isə xeyli təəccüblənib: “Dedi ki, həmin gün Moskvadan çox önəmli qonaqları gələcək, bu səbəbdən konsertimi izləyə bilməyəcək. Məndən üzr istədi. Çaşdım “onda niyə burdasan?” deyə soruşdum. “Konsertə gələcəyimi bildirmişdim, zəng edib “işim çıxdı” deməyi hörmətsizlik olaraq gördüm, buna görə gəlib özüm söyləmək istədim” cavabını aldım. Yenə təəccübləndim. İstanbulda yaşayan biri belə bir nəzakət göstərməzdi”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1424

Oxşar yazılar