Xalq artisti sirli “prodüsser”in hədəfində
13 avqust 2009 14:30 (UTC +04:00)

Xalq artisti sirli “prodüsser”in hədəfində

Əvvəl İzzət Bağırov, sonra Nisə Qasımova...

Məhşur forum saytlarının birində qeydiyyatdan keçən internet istifadəçilərindən biri özünü xalq artisti Nisə Qasımovanın yeni prodüseri kimi təqdim edərək, fikirlər bildirib. Lent.az-ın məlumatına görə, yaxınları xəbəri Qasımovaya çatdıraraq sözügedən şəxsin yalanını aşkar edib. Sənətçi “Hazırda heç kimlə çalışmıram. Ümumiyyətlə, mənim prodüserim yoxdur. O şəxsin də kimliyindən bixəbərəm. Məlumat verdiyiniz üçün çox sağ olun, vəkilim bu işlə məşğul olacaq”, - deyərək məhkəməyə baş vuracağını xəbər verib.

Özünə yeni musiqi studiyası açan Nisə Qasımova yeni mövsümdə yeniliklər təqdim etməyə hazırlaşır, müğənni hazırda bir neçə layihə üzərində çalışır.

Qeyd edək ki, bir neçə vaxt bundan əvvəl müğənni İzzət Bağırov da intertent istifadəçilərindən birinin kələyinin qurbanı olmuş, lakin məsələni həll edə bilmişdi.

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar