Faiq Ağayev-Flora Kərimova qarşıdurması böyüyür
“Flora Kərimova partlamamış mərmidir”
Xalq artisti Faiq Ağayev xalq artisti Flora Kərimovanın Azərbaycan vətəndaşlığından imtina edəcəyi barədə verdiyi bəyanata münasibət bildirib.
F.Ağayevin Lent.az-a göndərdiyi açıqlamada deyilir: “Flora Kərimovanın KİV-də yaydığı bəyanat məni bu mövzuya münasibət bildirmək məcburiyyəti qarşısında qoydu. Çünki həmin müəmmalı çıxış Yasamal Rayon Məhkəməsində aramızdakı mübahisə ilə bağlı keçirilən növbəti məhkəmə iclasından dərhal sonra səsləndi. Hakim tərəfindən vəsatəti təmin olunmayan Flora Ələkbərovna bu addıma imza atarkən açıq-aydın siyasi şantaj nümayiş etdirmiş oldu”.
F.Ağayev açıqlamasında 2 sual ortaya qoyub. Bu şantaj kimə ünvanlanıb? Bu hərəkət niyə edilib?
Onun fikrincə, cavab aydındır: “Bu hərəkəti ilə Kərimova özünü qane edəcək nəticə əldə etməkdən ötrü məhkəməyə növbəti təzyiq göstərmək cəhdi etdi. Görünür bu, keçmiş aktiv siyasi fəaliyyətə yenidən qayıdışdır!”
Açıqlamada bildirilib ki, məhkəmə F.Ağayevin vəsatətini də təmin etməyib. “Məhkəmə Flora Ələkbərovnanın təkrar linqvistik ekspertiza ilə bağlı vəsatətini təmin etməməklə yanaşı, hakim Kərimova ilə rəsmi nikahda olan şəxslər və onların qohumları ilə əlaqədar tərəfimdən qaldırılan vəsatəti də təmin etmədi. Bu prosesdə hər iki tərəfin hüquqları eyni qaydada təmin olunur. Hətta deyərdim ki, qarşı tərəfin mənafeləri nisbətən daha böyük həvəs və şövq ilə qorunur. Məsələn, 2-ci ittihamçı Tahir Abbaslının bir dəfə də olsun məhkəmə iclasına gəlməsi hələ də təmin olunmayıb. Lakin bu hallar belə mənə əsas vermir ki, son nəticədə məişət araşdırmasından başqa heç nə olmayan bu təhqiqatdan ötrü doğma Yurdumun vətəndaşlığından imtina edim” – deyə xalq artisti qeyd edib.
F.Ağayev sonda bunları bildirib: “Nə qədər acı olsa belə, bu bir həqiqətdir - Flora Kərimova şəxsi mənafelərini Vətəndən daha uca tutan, Azərbaycan məhkəmə sisteminə qarşı cəmiyyətdə inamsızlıq yaradan, ədliyyə orqanlarının işini “qərəzli, tərəfkeşlik edən” adlandıran birisi, son nəticədə Azərbaycan cəmiyyəti və Azərbaycan dövlətçiliyinin bünövrəsi altında olan hələ ki partlamamış, yatmış bir mərmidir”.

896