Müğənni Röya səhnəyə 70 aktyorla çıxacaq - EKSKLÜZİV
12 avqust 2009 18:15 (UTC +04:00)

Müğənni Röya səhnəyə 70 aktyorla çıxacaq - EKSKLÜZİV

Müğənni Röyanın ongünlük konsertində 5 teatrın 70 aktyoru səhnəyə çıxacaq. Bu barədə Lent.az-a müğənninin mətbuat katibi Ülviyyə Alovlu məlumat verib: “Konsert tam bir nağıl formasında təqdim olacaq. Bir növ müziklı xatırladacaq. Müğənni hər mahnını nağıl-tamaşa şəklində təqdim edəcək. Tamaşaçılar özlərini nağıllar aləmində hiss edəcək. Röyanı 70 aktyor – kuklalar, marionetkalar və rəqqasələr müşayiət edəcək”.

Mətbuat katibi Röyanan tamamilə yeni obrazda tamaşaçı qarşısına çıxacağını açıqlayıb.
Qeyd edək ki, “Ulduz nağılı” adlı konserti təqdim etdiyi vaxt Röya hamiləliyinin doqquzuncu ayında olacaq.

Konsert oktyabrın 1-10 tarixində reallaşacaq. Biletlərinin qiyməti 20-50 manat arasındadır.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743

Oxşar yazılar