“O qadınla evləndiyimə görə çox peşmanam”
12 avqust 2009 12:00 (UTC +04:00)

“O qadınla evləndiyimə görə çox peşmanam”

Türkiyənin məşhur müğənnilərindən olan Bülənd Ərsoyun keçmiş həyat yoldaşı, “Popstar Alaturka” yarışmasının finalçısı Armağan Uzun xeyli vaxtdır, davam edən sükutu pozub.


Lent.az-ın məlumatına görə, “Kanaltürk” televiziyasında yayımlanan “Kadınca kararınca” proqramına qatılan Uzun Ərsoyla evləndiyi üçün çox peşman olduğunu söyləyib.
Uzun bunları deyib: "Evli olanda ondan bir stəkan su da istəmədim. Ürəyi istəyəndə yemək hazırlayardı. Bu cəhdləri uğursuz olanda isə mətbəxi dağıdar, çıxardı. Çox çətin qadındır, mənim evliliyimdə heç bir şey qaydasında olmadı".

Qeyd edək ki, 27 yaşlı Armağan Uzun 56 yaşlı Ərsoyun ikinci əri olub. Ərsoy daha əvvəl özündən 23 yaş kiçik Cem Adlerlə evli olub, sonra boşanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786

Oxşar yazılar