Tural Salmanov: “Xalq ulduzu”na gəlmək üçün 600 dollar verdim” – MÜSAHİBƏ
- Tural, müsabiqənin başladığı vaxtan bu günədək digər iştirakçılardan qat-qat təcrübəli olduğunu iddia edirsən. Musiqi ilə nə vaxtdan məşğulsan?
- Məndən əvvəl dayım Anar Ağayev Səmərqənddə keçirilən Dünya Simpoziumunun qalibi olub. Bütün dünya üzrə gənc istedadlar arasında Azərbaycanı təmsil edib. Bu istedad irsi keçmədir. Dayım sonralar sənətini davam etdirmədi.
Mən Nərimanov rayonunda yerləşən 193 saylı məktəbdə oxuyurdum. Bir gün əməkdar artist Nuriyyə Hüseynova bizim məktəbə gəldi və bütün uşaqların səsini yoxladı. Yeri gəlmişkən, o vaxt o da dayımla simpoziumda iştirak etmişdi. Hamı oxudu, mən oxumadım.
- Niyə, utanırdın, yoxsa özündə bu qabiliyyəti hələ kəşf etməmişdin?
- O vaxt 11 yaşım var idi. Açığı, utanırdım. Bilirdim istedadım var. Məni Bakıxanov qəsəbəsində özfəaliyyət dərnəyinə yazmışdılar. Bir-iki ay dərnəyə getdim, sonra ürəyim istəmədi. Nəsə, oxumaq istəmirdim...
- Nuriyyə xanım sonunda səni dinləyə bildi?
- Hə, böyük çək-çevirdən sonra oxudum. Nuriyyə xanım dedi, bu uşağın valideynləri ilə danışıb musiqi məktəbinə yazdırmaq lazımdır. Gəldim evə, lakin evdə demədim. Üstündən bir neçə gün keçəndən sonra valideynlərimi məktəbə çağırdılar. Bu görüşdən sonra bir il Qara Qarayev adına musiqi məktəbində oxudum. Sonra rəhmətlik İslam Rzayev məni dinlədi və dedi, Turalı Bülbül adına musiqi məkəbinə göndərmək lazımdır. Onun sifarişi ilə muğam sinfinə qəbul oldum. Əlibaba müəllim mənim müəllimim idi.
Qismət elə gətirdi ki, həmin vaxtlarda Nuriyyə müəllimə də Bülbül adına musiqi məktəbinə müəllimə işləməyə başladı. Biz orada rastlaşdıq. Orada Nuriyyə müəllimə artıq Bülbül adına məktəbdə oxuduğumu öyrəndi. 11-ci sinfə qədər Nuriyyə müəllimənin sinfində oxudum.
O vaxt bir çox müsabiqələrdə iştirak etdim, dəfələrlə birincilik qazandım. Sonra konservatoriyaya qəbul oldum. Orda Qəzənfər Abbasov, Arif Babayev, İslam Rzayev, Teymur Əmrahdan dərs aldım. Sonra iki il Moskvaya getdim. Orda el şənliklərində məclislərdə oxuyanda hamı mənə dedi, bəs sən niyə Azərbaycanı qoyub bura gəlib çıxmısan?..
- Doğrudan da, niyə Moskvaya getdin?
- 2001-də xalq artisti Nazpəri Dostəliyeva və Məhəbbət Kazımovla birlikdə konsertə getmişdik. Orada mən konsert arası 15 dəqiqə çıxıb səhnədə oxumalı idim. Gördüm mənə qarşı maraq var, orada Azərbaycan restoranlarında xalq musiqisini dinləyirlər. Üstəlik, qohumlarım da orada yaşayır. Fikirləşdim ki, onsuz da maddi cəhətdən çətinliyimiz var, bir az qalıb işləsəm yaxşı olar. Ailəmi də vəziyyətdən çıxarmış olaram.
- Məcburi köçkünsən...
- Bəli. Üç il Moskvada yaşadım. Dünyagörüşüm dəyişdi, dil öyrəndim. Ordan “Xalq ulduzu”nu izləyirdim. Həmin vaxt da bayram ərəfəsi Moskvadan o qədər çox azərbaycanlı gəlirdi ki, bilet tapılmırdı... İnanın ki, “Xalq Ulduzu”nun seçimlərində iştirak etmək 300 dollarlıq biletə 600 dollar pul verdim. Gəlib özümü müsabiqəyə çatdıra bildim.
- Tural, xahiş edirəm, tam səmimi cavab ver. Əvvəldən sənin istedadına bələd olub bu müsabiqə vasitəsilə üzə çıxarmaq istəyən münsif üzvü vardı?
- Mən sizə tam səmimi deyirəm. Oradakıların heç biri ilə tanışlığım yox idi. Bir dəfə də olsun, üz-üzə gəlməmişdik. Hətta ilk dəfə ifamı dinləyəndə Ağacəbrayıl müəllim mənə demişdi ki, ritmə düşmürsən. Mən də dedim ki, burada musiqi aləti yoxdur, necə ritmə düşüm... Yəni belə bir dialoqumuz da olmuşdu. Sonradan barəmdə fikrini dəyişdi.
- Tural, səni ilk kəşf edən münsif üzvi kim oldu?
- Aygün xanım. Hiss elədim ki, ən birinci reaksiya verən Aygün Bayramova oldu. O biriləri bir az tərəddüd edirdilər.
- Hər çıxışda münsiflərin iştirakçılara müxtəlif yanaşmaları olurdu. Bu müsabiqədə Məhinə olan isti münasibət daha çox yadda qaldı. Bu, sənə və qalan iştirakçılara necə təsir edirdi? Normal qarşılayırdınız , yoxsa narazı idiniz?
- Mən mübariz insanam. Həyatda o qədər maneələrə rast gəlmişəm ki, müsabiqə daxilində baş verənlər məni sındıra bilməzdi.
- İncəsənət adamları realist olmur axı.
- Ola bilsin, bir az zəif ifa etdiyim vaxtlarda narahatlığım olurdu. O vaxt İslam müəllim Seyid Şuşinskinin dilindən deyərdi ki, yaxşı ifaçı ayda üç-dörd dəfə yaxşı oxuyur. Qalan günlərdə sadəcə plan doldurursan. Yəni, ürəkdən oxuduğun anlar hər dəqiqə ola bilməz. Böyük əsərlər də tarixdə nadir hallarda yazılır. Ona görə də zəif ifa etdiyim vaxtlarda tənqid olunurdum, ruhdan düşürdüm. Həyəcandan hər şey ola bilər. İllərin sənətkarı səhnəyə çıxanda sözlər yadından çıxır, xaric oxuyur. Sonradan özüm-özümə deyirdim ki, məni sındırmaq qeyri-mümkündür...
- Hər iştirakçının orada favorit münsif üzvü var idi. Səhnədə göz təmasında olduğun vaxt kimə baxıb ürəklə oxuya bilirdin?
- Bir dəfə mən bu suala cavab verdim, Tahir müəllimin, Mələkxanım Əyyubovanın xətrinə dəydi. Mən Ağacəbrayıl müəllim və Aybəniz xanıma baxanda hardasa enerji alırdım. Düzdü, heç kimdən də mənfi enerji almırdım. Ağacəbrayıl müəllim o qədər uşaqlara həssaslıqla yanaşır ki, özü də həssas musiqiçidir. Hər dəfə də baxanda, artıq səhnədə səhv oxuduğumu biləndə baxşları ilə adamı rahatladır, sanki “eybi yoxdu, narahat olma” deyirdi. O da səhnədə olan musiqiçi üçün böyük gücdür. Bir dəfə bir an oldu, münsiflərdən birinin sərt reaksiyası ilə qarşlaşdım. Adam o an özünü itirir, gözləmədiyin insandan həmin an qəfil reaksiya görəndə artıq özünü itirməyə başlayırsan.
- Artıq müsabiqə bitib, ən əsası pul mükafatını götürmüsən, bəlkə həmin şəxsin kimliyini açıqlayasan (zarafat-L.Y.)?
- Mələk xanıma mənim çox hörmətim var, hətta onunla birlikdə duet də oxuduq. Çox da xoş qarşılandı.
“Zəriflik” mahnsı oxumuşdum, o da çox çətin bir mahnı idi, İslam Rzayevin repertuarındandı. Onu ifa edəndə nə isə xoşuna gəlmədi, oturduğu yerdə sərt reaksiya verdi. Ağacəbrayıl müəllim məni müdafiə etdi, dedi, “neyləməli idi ki, bu mahnını belə sakit, səliqəli ifa etməli idi”... O vaxt daxlimdə çox əsəb, narahatlıq keçirmişdim. Ədəb qaydalarına həmişə riayət edən olduğum üçün etiraz etmədim. Narahatlığımı özüm-özümdə həll elədim.
- Tural, qalib gələndən sonra da dedin ki, mənim orda qorxduğum rəqib yox idi. Bu müsabiqə boyu da hiss olunurdu. Bəlkə bu arxayınlıq digər yoldaşlarına psixoloji təsir idi?
- Taleh, Kamil, Şənlik mənim ünsiyyətdə olduğum uşaqlardır. Ən yaxın dostum da Kamildir. Müsabiqənin gedişində “mənəm-mənəm” sözlərini eşidirdim. Baxdım ki, Kamil heç o “mənəm-mənəm” ifadəsini işlətmir, halbuki həm istedadlı idi, həm də öyrənməyə can atırdı. Lakin Tamaranın gözəl səsi, vokala yaxın səs tembir olsa da, normadan artıq “mənəm-mənəm” deyirdi. O, bu yaşda daha çox öyrənməyə meylli olmalı idi. “Mənəm-mənəm” kəlməsi insanı uçuruma aparır.
- Amma nədənsə, mənə elə gəlir ki, ən çox “mənəm-mənəm”lik səndə hiss olunurdu.
- Bu, SMS yarışmasıdır. “Mənəm-mənəm”lik hər şeyi həll eləmir.
- Rəqiblərinə arxayınlıq göstərib, onları səhnədə kompleksə salmaq kimi cəhdlərin olurdu?
- Bir dəfə Səbinə müsabiqədə mənə dedi ki, bəzən Turalın səhvini üzünə deyirəm, o qəbul etmir. Lakin mən, Səbinə pis oxusa belə, bir dəfə bu sözü deyib ruhdan salmaq fikrinə düşmürdüm. O uşaqlığı ilə mənə və xalqa psixoloji təsir etməyə cəhd edirdi - “Baxın, mən Turalın səhvini tuturam”. Amma baxın ki, mən 27 yaşımın 17 ilini imtahan verərək gəlmişəm, hələ də imtahan vermək fikrindəyəm.
Çıxıb səhnədə “mənəm-mənəm” desinlər, özünü hamıdan birinci hesab etsinlər. Yoxsa, səhnədə özünü tamaşaçıya çatdıra bilməzsən.
İfada mənəm-mənəmlik, ifadədə yox!.. Səhnədən qorxan musiqiçidən musiqiçi olmaz. Əvvəl bəzi qaydalara riayət edirdim, sonra gördüm yox, səhnə mübarizə meydanıdır, səni hər an əzə bilərlər. Hətta finala yaxın dedim ki, xalq kimi bəyənirsə, ona səs versin. Tamara isə ekrana çıxıb “mənə səs verin” dedi. Məcbur olub, istəməsəm də, mən də “mən” deməli olurdum. Musiqiçini uçuruma aparan söz budur.
Fikir verirdinizsə, Tamara türk musiqisinə daha çox üstünlük verirdi. Azərbaycan musiqisi o qədər çətin anlarını yaşayır ki, daha çox öz musiqimizə meyl etmək lazımdır. Final günü “Fizuli kantatası”nı oxudum – bütovlükdə türk musiqisinin yarısına dəyən bir musiqi idi.
- Sənin birinciliyinlə razılaşmayan iştirakçı oldu?
- Təbii ki, Tamara özü qalib olmağı istəyirdi. Açığı, çoxundan gözləmirdim ki, qalan iştirakçıların demək olar ki, hamısı mənim qələbəmə bu qədər ürəkdən sevinə bilər.
- Bəs münsiflər üzvü arasında hansı nəticəni gördün?
- Tahir müəllim müsahibə verəndə dedi ki, seçim qarşısında tərəddüd etdiyim an olmamışdı - “Tural, yoxsa Tamara?” Bu, xalqın seçiminə qarşı çıxmaqdır. Lakin o birilər, istər Mələk xanım, istər Ağacəbrayıl müəllim “Azərbaycan musiqisinə yeni səs gəlir, xeyirli olsun”, deyərək təbrik etdilər. Xalqın istəyinə qarşı çıxıb demək ki, hər ikisi qalibdir... İki qalib yoxdur axı... Kim qalib olub, ona qalib demək lazımdır. O, özü də bilirdi ki, burada qalib mən olmalıyam, Tamara yox. Elə musiqilər var ki, çətinliklər görürsən, gərək elə keşməkeşli yollar keçəsən ki, o ağrını yaşasan ki, mahnını yaşadasan.
- Tural, final gecəsi nə qədər SMS göndərdin?
- Vallah, həmin gecə telefonu söndürüb bir kənara atdım, dedim nə olar, olar...
- Bəs qohumların, onlar neçə səs yolladı?
- Qohumlarım yaxşı qohumlardı, etdiklərini açıb-ağartmır, elə dedilər, halal xoşun olsun! (gülür).
- Bəs pullar? Hara sərf edəcəksən?
- Yarısını dostum Kamilə söz vermişəm, bir hissəsinə qonaqlıq verəcəm, qalan pula heç nə düşünməmişəm...
Lalə Yusifqızı

5345