“O, Pişik Günelə ad günü gecəsi kişi olduğunu sübut elədi” - QALMAQAL
Müğənni Mehrim və jurnalist Cavanşir Pişik Günelə Lent.az-da cavab verdilər
Müğənni Pişik Günelin adı ətrafında qalmaqallar səngimək bilmir. Bu günlərdə telekanalların birində proqrama telefonla bağlanan Pişik Günel gənc müğənni Mehrimlə söz savaşına girib. Bu hadisədən sonra Mehrim və jurnalist Cavanşir Lent.az-ın redaksiyasına gəlib, aralarında uzun müddətdən bəri davam edən qalmaqalın səbəblərini açıqlayıblar.
Mehrim vaxtı ilə Pişik Günelə yardım etdiyini iddia edib: “Özünü efirə tamaşaçı kimi təqdim edib, sonradan müğənni Günel olduğunu deyir. Hə, Pişik bağlanır efirə və mənim barəmdə nalayiq sözlər, böhtanlar işlətməyə başlayır...
Bu gün onu qəzəbləndirən bəyin toydan qaçması deyil, onu qəzəbləndirən mənim artıq bir çox mahnlarımın hazır olması, tədbirlərdə iştirakım, efirə çıxmağımdır. İstədi, məni xalqın gözündən salsın. Baxmayaraq ki, mən iki uşaq anasıyam. O Pişiyi də dörd il bundan əvvəl tanımışam. Bir nəfər var, uzaq qohumdu, gənc oğlandır. Onu mənə Günel kimi təqdim edəndə dedi ki, Mehrim, sən iki uşaqla tək qalırsan, maşallah, otaqların çoxdu. Müğənnidir, dalaşıb evdən çıxıb, qoy üç-dörd gün sizdə qalsın. Bu da mənə taleyini danışdı ki, bəs atalığım evə gəlib, atalığım hər gələndə anam məni evdən qovur. Mən də ya otellərdə qalıram, ya da yolda kiminləsə tanış oluram və onunla gedirəm müvəqqəti qalıram. Mən də bir ana kimi, bacı kimi ona dəstək oldum. İndi çıxıb deyir ki, onu sənətə mən gətirmişəm. Mən Hacıbaba Hüseynovdan dərs alanda, onu canlı olaraq görəndə Pişiyin heç təməli qoyulmamışdı. Bu gün efirə bağlanıb deyir ki, məni efirə o gətirib, buna görə də ondan halallıq istəməliyəm”.
Mən halallığı Hacıbaba Hüseynovdan istəməliydim. Bir də mənə jurnalist Cavanşir Babaəlioğlu kömək edib. Cavanşir Pişiyin özünə də kömək edib. Baxmayaraq ki, biz ikimiz də ona indiyə qədər kömək etmişdik, lakin o, bəy qaçandan sonra bizi səbəbkar görməyə başladı. Bunun səbəbi bizdə deyil, səbəbi öz keçmişində axtarsın. Oğlanı cəlb etmək olar, necə ki, efirdə açiq-saçıqlıq edir, lakin keçmişini gizlədə bilməz. Bir müddət sonra oğlan onun keçmişindən xəbər tutur və aralanmaq istəyir. Fərrux bunu qardaş bildiyi Cavanşirə danışır və Cavanşir də hər dəfə deyir ki, yox, o elə qız deyil. Biz müdaxilə etməmişik. Sadəcə, Günel onu şərlədikdən, “mən hamiləyəm, mənimlə ZAQS-a getməlisən”, dedikdən sonra, 19 yaşlı ağzının südü qurumamış uşaq kəbindən sonra həqiqəti bilib, qaçır.
Pişik mənə paxıllıq edir, o mənim kölgəmdədir. Pişik, yazıqlar olsun, mənim ayağım toza batıb, mən də bu tozu çırpıb təmizləməliyəm, heyf ki, bu toz sənsən.
Fərruxun valideynləri onu Cavanşirə tapşırmışdı. İndi Cavanşiri çoxları vurmaq istəyir. Təranə ilə Günel ona görə birləşib ki, Təranə Pişikdən pul götürüb, borcunu ödəyib. Indi Cavanşırə şər atırlar ki, kişi deyil. Pişiyin ad günündə məclisdən sonra mən Cavanşırı götürüb çıxmaq istədim, Günel qoymadı, çağırıb apardı otağa Cavanşırı. O gecə Cavanşır ona sübut elədi kişi olduğunu”.
Cavanşir isə Lent.az-a açıqlamasında Günelin bundan sonra Təranəni qəsdən ona qarşı yönəltdiyini iddia edib: “Günel özü də sənət aləmindən iki nəfəri eyni şəkildə şərləyib ki, hamiləyəm, məni almalısan. Həmin o Təranə ilə birlikdə. Mənim əlimdə faktlar var. Hər yerdə oturub mənim haqqmda danışırlar, deyirlər kişi deyil. Mehrim dedi indi müsahibədə, qoy Günel Təranənin ad gününü yadına salsın...
Təranə isə məni şantaj edir ki, sənin üstündə uşağımı itirə bilərəm. İnidən bir şey fikirləşir ki, sabah hamiya desin, Cavanşirə görə övladımı itirdim”.

856